Axirət evini qazan, dünyadakı nəsibini də unutma
İnsanın qəflət və üsyandan amanda qalmasına yardım edə bilən amillərdən biri də moizədir. Moizə ürəkləri dirçəldər, ürəklərə rahatlıq verər. İnsana ali məqsədinə çatmaq üçün yardım edər.
Ona görə də Allah Təala, həm Peyğəmbər (s) və həm də Məsum İmamlar (ə) vasitəsilə moizənin xüsusi əhəmiyyətini çatdırmışdır. Bu moizələr bizim üçün böyük sərmayədir. Böyük alimlər hər zaman xütbə deməyə xüsusi əhəmiyyət veriblər. Öz İlahi vəzifələrdən birini moizə deməkdə görürlər. Mərhum Hacı Şeyx Abbas Qumi o kəslərdən idi ki, bu yolda xüsusi səy göstərmişdi. Mərhum Hacı Şeyx Cəfər Şuştəri də bu cür alimlərdən idi. Moizə insanı haqq yoluna yönəldər və tərbiyə edər. Allah Təalanın Quranda etdiyi möizələrdən biri də bu mübarək ayədir: «Və Allahın sənə vermiş olduğundan axirət evini qazan, dünyadakı (ömür və maldan olan) nəsibini də unutma. Allah sənə yaxşılıq etdiyi kimi, sən də (başqalarına) yaxşılıq et və yer üzündə fəsad dalınca düşmə. Çünki Allah fəsad törədənləri sevməz». (“Qəsəs” 77). Bu nurani ayədə bir neçə nəsihət mövcuddur. Allah hər bir insanı yaradan zaman onun ixtiyarına müəyyən qədər sərmayə qoyar. İnsan ömrü də bu sərmayələrdən biridir. Mal, istedad, abır, fürsətlər, cavanlıq, müəllimlər, yaxşı dostlar - bütün bunlar Allah Təalanın biz insanlara verdiyi sərmayədir. Onlar çox dəyərli sərmayələrdir. Bu ayə buyurur ki, siz iki yolla bu nemətlərdən istifadə edə bilərsiniz (axirət və dünya üçün). Əgər istifadə etsəniz üç hal təsəvvür olunar: biri budur ki, heç istifadə etməsinlər. Allahın sizə verdiyi bu sərmayəyə diqqət etməyəsiniz. Ola bilsin ki, insanın bu sərmayəsi olsun, lakin insan ona diqqət etməsin. Lakin bəzən insan bu sərmayəyə diqqət edər və onu tanıyar. Bu zaman onu elə bir şeylərə xərcləyər ki, fanidir və qalıcı deyildir. Ancaq bəzən də ona diqqət edər, elə şeylərə xərcləyər ki, axirətini abad edər. Yəni, axirət üçün xəzinə edər. Qiyaməti üçün azuqə toplayar. İnsan gərək bu moizəni axirəti üçün vasitə qərar versin. Keçici işləri üçün sərf etməsin. Moizə demək asan bir iş deyildir, alim bilməlidir ki, bu işdə ixlas mühümdür. İnsan gördüyü bu işi qürb niyyətilə ilə etməlidir, özünü nümayiş etdirmək niyyətilə deyil. Ayətullah Şeyx Murtəza Hairi mərhum atası Şeyx Əbdülkərimdən nəql edir ki, alim deyirdi: “Bacardığım qədər verdiyim dərsləri Allah üçün etmişəm”. O, deyirdi ki, əgər bir tələbə mənə bir sual versə, mənim vəzifəm budur ki, həmin sualı başa salana qədər onu açıqlayam: “Əgər suala cavab verə bilsəm, vəzifəmi yerinə yetirmiş olaram. Bu işi qürbət niyyəti ilə edərəm. Lakin mənim üçün bir mövzu hələ də qaranlıq qalıb ki, əgər kimsə mənimlə münaqişə etsə, mənim bütün qurduqlarımı bu münaqişə ilə batil etsə, bu zaman Allaha görə özümü müdafiə edərəm, yoxsa deyərəm ki, mən düzgün fikirləşirəm. Ancaq hələ də bunda müvəffəq ola bilməmişəm”. İnsanın əməli bəzən səmaya qalxar, ancaq geri qayıdar. O zaman ki, dəqiq mühasibə olunar, məlum olar ki, Allah üçün olmamışdır, özü üçün olmuşdur. Hər kim bu ali mərtəbəni keçmək istəyirsə, gərək mühasibəsi dəqiq olsun. Özü-özünü aldatmasın. Ona görə də hər bir aqil insan bu İlahi neməti fani işləri üçün də istifadə edə bilər, qalıcı və həmişəlik işləri üçün də. Hər bir pak və sağlam fitrət ikincini seçərdi. /Deyerler.org/ Oxşar xəbərlər
|