Allah niyə dinimizi İslam adlandırmışdır?
Allah Təala sonuncu Peyğəmbəri (s) tərəfindən bizlərə elə misilsiz din nazil etdi ki, tayı-bərabəri yoxdur və insanlardan istədi ki, onu can və ürəklə qəbul etsinlər.
Dinimiz elə əvvəl günlərindən İslam adlandırılmışdır. Sonuncu İlahi din kimi bəşərə təqdim edilmişdi. “Şübhəsiz (peyğəmbərlərin gətirdikləri və şəriət şəklində bəşəriyyətə təqdim etdikləri həqiqi) din, Allah yanında həmin İslamdır”. (“Ali-İmran” 19). “İslam” kəlməsinin mənası “Təslim olmaq” deməkdir. Yəni, Allahın əmrləri qarşısında təslim olmaq. Əslində hər bir zaman və əsrdə dinin ruhu Allaha təslim olmaqdan başqa bir şey olmamışdır. Sadəcə adları fərqli olmuşdur: Musəvilik, Məsihilik... Qeyd etmək lazımdır ki, hər bir din təhrif və dəyişdirilməmişdən əvvəl bir-biri ilə heç fərqlənmirdi. Hər birinin bünörəsində tövhid, yeganəpərəstlik, Allahın əmlərini yerinə yetirmək dururdu. Daha aydın olmaq üçün deyə bilərik ki, hər bir tövhid dininin üç hissəsi olmuşdur: əqaid, əxlaq və əhkam. Əqaid və əxlaq bölmələri bir-biri ilə həmahəng olmuşdur. Aralarında elə bir mühüm fərq olmamışdır. Lakin üçüncü bölməsi olan əhkamda aralarında fərq vardır. Əslində bu fərq həmin əhkamın keyfiyyət və kəmiyyətində olmuşdur. Lakin hər birinin hədəfi tövhid olmuşdur. Namaz, oruc, hicab - ancaq İslam dininə aid deyildir. Başqa dinlərdə də mövcuddur. Nümunə üçün deyə bilərik ki, Həzrət İsanın (ə) gətirdiyi dində namaz ən mühüm vacibat hesab edilirdi. Həzrət İsa (ə) doğulduğu ilk gündən insanlara namaz haqqında danışaraq heyrətə salmışdı. Quran buyurur: “(Həmin körpə dilə gəlib) dedi: Həqiqətən mən - Allahın bəndəsiyəm, O, (bu halımda) mənə kitab (İncil) verib və məni (bu yaşda) peyğəmbər edib. Və məni harada olsam bərəkətli bir vücud edib və nə qədər ki, sağam mənə namaz (qılmağ)ı və zəkatı (verməyi) tapşırıb”. (“Məryəm” 30-31). Zərdüşt dininə nəzər salan zaman da görmək olur ki, namaz onların dinində də ən mühüm vacibat hesab olunmuşdu. Onların namazı müsəlmanların namazına çox bənzəmişdir. Onlar da gündə beş dəfə xüsusi dualarla namaz qılardılar. Lakin onun həqiqi siması necə olmuşdur, əlimizdə dəqiq məlumat yoxdur. Bu gün zərdüşt dininin namaz kimi tanıtdığı əməli həqiqi namaz kimi qəbul etmək olmaz. Çünki onların bu gün namaz dediyi əməl mahnı oxumağa oxşayan bir işdir. Yəhudi dinində də namazın xüsusi əhəmiyyəti vardır. “Şübhəsiz, bu Mənəm – tək Allah ki, Məndən başqa bir məbud yoxdur. Buna görə də Mənə ibadət et və namazı Məni anmaq üçün qıl!”. (“Taha” 14). Həzrət Musa (ə) Şuəyblə bağladığı müqavilənin zamanı sona çatanda həyat yoldaşı ilə uşağını götürüb Misirə yollanır. Yolu azır və gecə çox qaranlıq idi. Qoyunlar səhrada dağılmağa başladı. Odun qalamaq istəyir ki, soyuq havada həyat yoldşı ilə övladı üçün isti ocaq olsun, lakin od yanmır. Bu zaman hamilə arvadının sancısı başlayır. Ağır bir tufan onları əhatə edir. Musa (ə) uzaqdan bir nur görür, ancaq o, od deyildi. Bəlkə İlahi nur idi. Musa (ə) elə bilir ki, orada od vardır, həmin tərəfə gedir. O, yaxınlaşan zaman səs eşidir. Allah yuxarıdakı ayədə söylədiklərini Musaya (ə) söyləyir. Həzrət Musa (ə) bu səsi eşidən zaman həyəvanlanır və özünü itirir. Allah özünü tanıdandan sonra Musa (ə) ən mühüm vəhyi göndərir və ona namaz qılmasını əmr edir. Bəli, bu ayə onu göstərir ki, Allah yəhudilərin peyğəmbərinə də namaz qılmağı vacib buyurmuşdur. Ona görə də deyə bilərik ki, namaz - elə bir ibadətdir ki, bütün dinlərdə mövcuddur. Lakin bunu nəzərə almaq lazımdır ki, İslam dinindən savayı qalan dinlər təhrif olmuş və dəyişdirilmişdir. Bundan başqa, əvvəlki dinlər İslam dini ilə müqayisədə naqisdir. Lakin İslam dini kamil bir dindir. Çünki İlahi ayələr Peyğəmbərin (s) ürəyinə nazil olmuş və Quran kitabı nazil olduğu kimi yazılmışdır. “Bu gün dininizi sizin üçün kamilləşdirdim, sizə Öz nemətimi tamamladım və (möhkəm və sabit) bir din kimi sizin üçün İslamı qəbul etdim”. (“Maidə” 3). Allah Təala bizləri İslamın həqiqi ardıcıllarından qərar versin. Deyerler.org Oxşar xəbərlər
|