Atanın bağışladığı pula xüms düşmür!
Mьəllif: admin1
Tarix: 29-08-2018, 10:33
Atanın bağışladığı pula xüms düşmür!
Ayətullah Xameneinin ofisi (dəftəri) şəhrivər ayı üçün dini suallara verilən cavabları nəşr edib. Bəzi sual və cavabları təqdim edirik:

Sual: Kəsmək şərti ilə almağın (bəzən məsələn qarpızı kəsmək şərti ilə alır və ya satırlar) hökmü nədir?

Cavab: Eybi yoxdur.

Sual: Həcamətdən (qan aldırandan) sonra namaz qılmaq üçün bədən paklanmalıdır.

Cavab: Nə qədər ki, su həcamət yerinə zərərlidir, bu vəziyyətdə namaz qılmaq olar. Amma həcamət yerinin ətrafı və paltar (qanla) murdarlanıbsa, paklamaq lazımdır.

Sual: İki nəfərin evlənməsi üçün vasitəçilik edən şəxs bir tərəfin eybini o birinə deməyə bilər?

Cavab: Adi halda deməyə borclu deyil. Amma soruşulsa, yalan danışa bilməz.

Sual: Üzüyün qaşında məsumların adı varsa, ona toxunmaq üçün dəstəmaz lazımdır?

Cavab: Məsumların adına toxunmaq üçün vacib ehtiyata əsasən dəstəmaz lazımdır.

Sual: Gənc xanımın rəngli ayaqqabı və yaylıqdan istifadə etməsinin hökmü nədir?

Cavab: Hicab, örtük elə olmalıdır ki, bütün bədəni örtməkdən əlavə naməhrəmin diqqətini cəlb etməsin.

Sual: Təhsil alıram, atamın cibxərcliyi üçün verdiyi pulu toplayıram. Bu pula xüms düşür?

Cavab: Atanın bağışladığı pulun xümsü yoxdur. Amma o pulun üstə qazanc gəlsə və bu qazanc bir il xərclənməsə, xümsü verilməlidir.

Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930