BÜTÜN XEYİRLƏRİN AÇARI...
Allah-Taala “Bəqərə” surəsinin 269-cu ayəsində buyurur:
يُؤتِي الْحِكْمَةَ مَن يَشَاء وَمَن يُؤْتَ الْحِكْمَةَ فَقَدْ أُوتِيَ خَيْرًا كَثِيرًا وَمَا يَذَّكَّرُ إِلاَّ أُوْلُواْ الأَلْبَابِ “Allah istədiyi şəxsə hikmət bəxş edər. Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir bəxş edilmişdir. Bunu ağıllı adamlardan başqası dərk etməz!” NÖQTƏLƏR Ayədə qeyd olunan “əlbab” sözü beyin mənasını verən “lubb” sözünün cəm formasıdır. Heç də bütün insanlar “ulul-əlbab” – düşüncə sahibi? Ağıllı adam sayılmır. Yalnız ağlını işə salanlar, həqiqi səadət yolunu tapanlar düşüncə sahibi və ağıllı adam adlanır. Hikmət dedikdə mərifət, sirlərin tanınması, həqiqətlərdən xəbərdarlıq, həqiqətə çatmaq nəzərdə tutulur. Allah-Taala bəzi insanlara onların paklığı, təqvası və təlaşına görə hikmət əta edər. Onlar bu hikmət vasitəsilə şeytani vəsvəsələri ilahi ilhamlardan seçər, quyunu yoldan, şüarı şüurdan fərqləndirərlər. Böyük və çoxlu xeyir məhz budur! Rəvayətdə oxuyuruq: “Hikmət mərifət və dində “təfəqquh”-dərrakədir. Hikmət Allaha itaət, məsum rəhbərləri tanımaq və kəbirə günahlardan çəkinməkdir.” (“Təfsiri-Nurus-səqəleyn”, 1-ci cild, səh.287.) BİLDİRİŞLƏR 1. Var-dövlət xeyir olsa da, çoxlu xeyir hikmət, bəsirət və fərqləndirmə gücünə sahib olmaqdır. Bu xeyirdən infaq edənlər böyük xeyrə çatar. 2. Şeytan fəqirlik, Allah isə bağışlanma və fəzl vəd edir. Amma bu iki yoldan hər birini tanımaq və seçmək üçün hikmət lazımdır. 3. Dünya bütün var-dövləti ilə cüzidir (“Nisa”/77). Hikmət isə çoxlu xeyirdir. Əgər hikmət və bəsirətə çatmaq üçün bütün maddi imkanlar fəda olunsa, buna dəyər. 4. Hikmət ən böyük hədiyyə və bütün xeyirlərin açarıdır. Hikmətə çatan şəxs bir çox şeylərə çatacaq. 5. Dünyapərəstlər var-dövlət və maddi hesablara arxalanır, xeyir-zərəri maddi baxımdan ölçürlər. Amma ağıllı adamlar, uzaqgörənlər və düşüncəli yol tanıyanların hesabı başqa baxımdandır. (“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, “Bəqərə” surəsi, 269-cu ayənin təfsiri.)/ Maide.Az / Oxşar xəbərlər
|