Bu 4 xüsusiyyət kimdə olarsa, Allah onu behişt əhlindən qərar verər
İnsanın Allaha tərəf qayıtdığını etiraf etməsi necə olur?
Allaha tərəf qayıtmağı etiraf etmək deyildikdə, "İnna lillah və inna ileyhi raciun" ifadəsi nəzərdə tutulur. Möminin ən bariz sifətlərindən biri də budur ki, nemətə şükür etsin və müsibət görən zaman səbir etsin. Allah Təala bu haqda Quranda buyurur: “O kəslərə ki, onlara hər hansı bir müsibət gəldikdə, «həqiqətən biz Allahınıq (bizim yaradılışımız, qorunmağımız, işlərimizin idarə edilməsi və yox edilməyimiz Onun əlində olduğu üçün, Onun həqiqi malı, mülküyük) və həqiqətən Ona tərəf qayıdacağıq» deyərlər. Onlar Rəbbi tərəfindən salamlar və rəhmət yetişən kəslərdir və onlardır hidayət olunmuşlar!”. (“Bəqərə” 156-157). İmam Əli (ə) buyurur: “İnna lillah” – Allahın malik olduğunu etiraf etməkdir. “İnna ileyhi raciun” isə bizim varlığımızın dəyərsiz və həlak olan olduğunu etiraf etməkdir”. Şeyx Mufid “Əmali”də İmam Kazımdan (ə) nəql edir ki, buyurur: “Peyğəmbər (s) buyurmuşdur: "Dörd sifət vardır ki, hər kimdə olarsa, Allah onu behişt əhlindən qərar verər: 1. O kəsin ki, pənah yeri – Allahın yeganə olmasını və mənim risalətimi etiraf etməsi olar. 2. O kəsə ki, Allahın ənamı olarsa, o, deyər: “Əlhəmdulillah”. 3. O kəs ki, günaha düçar olan zaman deyər: “Əstəğirullah”. 4. O kəs ki, müsibətə düçar olan zaman deyər: "İnna lillah və inna ileyhi raciun”". /Deyerler.org/ Oxşar xəbərlər
|