Ən yaxşı dua o duadır ki, pak sinədən və təqvalı qəlbdən çıxmış olsun
Mьəllif: admin1
Tarix: 4-09-2022, 21:51
Ən yaxşı dua o duadır ki, pak sinədən və təqvalı qəlbdən çıxmış olsun
Dua ibadətlərin ən yaxşısı, insan nəfsinin kamala yetməsinə və Allaha yaxınlaşmasına səbəb olan bir vasitədir.

Buna görə də Mütəal Allah bəndələrini dua etməyə dəvət edərək buyurur: “Pərvərdigarınız buyurdu: «Məni çağırın ki, istəklərinizi yerinə yetirim. Mənə ibadət etməkdə təkəbbür edənlər tezliklə zillətlə cəhənnəmə daxil olacaqlar.”[1]

Yenə buyurur: “Aşkarda və gizlində Pərvərdigarınızı çağırın. Həqiqətən, Allah təcavüzkarları sevmir.”[2]

Başqa bir ayədə isə belə buyurulur: “Bəndələrim Mənim barəmdə səndən soruşanda (de) ki, Mən onlara yaxınam, əgər Məni çağırsalar dualarını qəbul edərəm.”[3]

Peyğəmbəri-Əkrəm (s) buyurur: “Dua – ibadətin ruhu, məğzidir.”[4]

İmam Cəfər Sadiq (ə) buyurur: “Dua ibadətdir və Allah–Təala buyurur: Allahı çağırın və heç vaxt “daha işlər tamam olmuşdur” – deməyin.”[5]

O Həzrət (ə) yenə buyurur: “Heç vaxt duanı tərk etməyin. Çünki, siz insanın Allah dərgahına yaxınlaşmasına dua qədər səbəb olacaq bir əməl tapa bilməzsiniz. Hətta kiçik işləri də Allahdan istəyin və onların kiçik olması bəhanəsi ilə duanı tərk etməyin. Çünki kiçik işlərin sahibi elə böyük işlərin də sahibidir.”[6]

Bəndə hər bir halda dua etməlidir. Çünki bütün vücud aləminin Allaha ehtiyacı vardır. Hətta, onların hamısı ehtiyacın özüdür. Əgər Allahın feyzi bir anlığa kəsilərsə, hər bir şey məhv olub aradan gedər.

Əmirəl-möminin Əli ibni Əbitalib (ə) buyurur: “Dua səadətin açarıdır. Ən yaxşı dua o duadır ki, pak sinədən və təqvalı qəlbdən çıxmış olsun. Allahla münacat etmək nicata (qurtuluşa) səbəb olur, ixlas səbəbi ilə (pisliklərdən və həlakətdən) nicat hasil olur. Belə isə, çətinliklər şiddətlənəndə Allaha pənah aparmaq lazımdır.”[7]


[1] “Mumin” surəsi, ayə:63

[2] “Əraf” surəsi, ayə55

[3] “Bəqərə” surəsi, ayə:183

[4] “Səhihi Termezi”, 2-ci cild, səh.266

[5] “Kafi”, 2-ci cild, səh.468

[6] “Kafi”, 2-ci cild, səh.468

[7] “Kafi”, 2-ci cild, səh.468

www.ahliman.info
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930