Ən üstün sədəqə hansıdır? – Məsumların (ə) səxavət dərsi
Nəql edirlər ki, bir gün bir yoxsul insan İmam Sadiqdən (ə) yardım istəyir. Həzrət (ə) ona 400 dirhəm verib yola salır. Ancaq sonra bir nəfəri onun dalınca göndərib, həmin şəxsi geri qaytarır.
Üzüyünü əlindən çıxardıb, ona verir və buyurur: “Bu üzüyün qiyməti on min dirhəmdir. Nə zaman ehtiyacın olsa, onu elə bu qiymətə sat”. Həmin insan soruşdu: “Bəs niyə üzüyü mənə ilk dəfə gələndə vermədiniz?”. Həzrət (ə) buyurdu: “Peyğəmbər (s) buyurmuşdur: "Ən üstün sədəqə odur ki, ehtiyacı olan insanın ehtiyacsızlığına səbəb olasan””. Həzrət Peyğəmbər (s) buyurur: “Səxavətli insan, Allaha, insanlara və behiştə yaxındır”. Ona görə Həzrət, Hatəm Tayinin vəfatından sonra oğluna buyurur: “Səxavətli olduğu üçün, ondan ağır əzab götürülmüşdür”. İmam Əli (ə) buyurur: “Səxavət – insanların sevgisinə səbəb olar və insanın əxlaqını bəzəyər”. /Deyerler.org/ Oxşar xəbərlər
|