Quran bəşəriyyətin bütün ehtiyaclarını bəyan edir
وَنَزَّلْنَا عَلَيْكَ الْكِتَابَ تِبْيَانًا لِكُلِّ شَيْءٍ وَهُدًى وَرَحْمَةً وَبُشْرَىٰ لِلْمُسْلِمِينَ "Biz kitabı sənə hər şey üçün bir izah, müsəlmanlara (Allah fərmanına təslim olanlara) da doğru yolu göstərən rəhbər, mərhəmət və müjdə olaraq nazil etdik." (Nəhl, 89). İzah: Quran insanın inkişaf və təkamül yolunda ehtiyacı olan heç bir mətləbi əsirgəməmişdir. Elə bir mövzu yoxdur ki, Quranda onun üçün dini çıxış yolu göstərilməsin. Hərçənd, bu çıxış yolu ümumi şəkildə də bəyan oluna bilər. Həmçinin, Quran möminlər üçün böyük bir rəhmət, vəsfəgəlməz bir müjdədir. O kəslər ki, aləmlərin Rəbbinə tam təslim olur, Quran maarifindən qidalanırlar. Hədis: İmam Sadiq (ə): “Həqiqətən, Allah Quranda hər şeyi aydın ifadə etmişdir. Allaha and olsun ki, bəndələrinin ehtiyacı olan heç bir şeyi əsirgəməmişdir. Elə bir məsələ yoxdur ki, bir bəndə bəhanə gətirsin və “əgər bu mətləb Quranda nazil olsaydı, (mən ona əməl edərdim)” – deyə bilsin” (Kafi, c. 1, səh. 59, hədis: 1). Oxşar xəbərlər
|