İmam Hüseyni (ə) şiələr öldürdü iftirasına gözəl cavab
Son vaxtlar insanlar arasında bir şübhəli ifadələr dolaşır ki, İmam Hüseyni (ə) şiələr qətl edib. Bu yalnış və qərəzli bir ifadədir. Çünki “Şiə” kəlməsi tərəfdar deməkdir.
Yəni Əhli-beyt (ə) tərəfdarı. Əgər bu insanlar İmamı (ə) qətl edirsə daha hardan imam tərəfadı oldu? Demək bu cür ifadə yalnış və qərəzli işlənən bir ifadədir. Bu barədə “Hawzahnews” agentliyi Ayətullah Seyyid Sistaninin dəftərxanasına sual ünvanlanıb və dəftərxana bu sualı cavablandırıb. Sual: Bəziləri belə düşünür ki, İmam Hüseyni (ə) şiələr qətl edib. Bu döğrudurmu, belədirmi? Onlar öncə Şiə idilər, sonra əqidələrindən döndülərmi? Cavab: - ""Bu cür sözlər demək qəlbində Şiə məzhəbinə qarşı mərəz (kin, xəstəlik) olan kəslərin işidir. Həqiqət heç də bu cür deyildir. İmamı (ə) qətl edənlər Ali Əbu Süfyan “şiələridir”. Bunu İmamın (ə) Aşura günü dediyi cümlə də təsdiq edir. İmam (ə) buyurdu: “Vay olsun sizə ey Əbu Süfyan şiələri (ardıcılları). Dininiz olmasa belə, qiyamət günündən qorxmasanız belə, heç olmasa bu dünyanızda azad insanlar olun! Məgər özünüzü ərəb hesab edirsinizsə özünüzlə hesab çəkin (nə etdiyinizi düşünün). (Əyanuş-şiəti-609) Birdə əlavə edək ki, heç bir Şiə alimlər, o cümlədən heç bir mənbə Ömər Sədi, Husayn ibn Nəmiri, Şəbs ibn Rəbini və bunlar kimi başqa qatilləri Şiə kimi qeyd etməyim. Onlar yalnız müsəlman cəmiyyətinin bir üzvü idilər... Birdə ki, onların İmam Əlinin (ə) hakimiyyəti altında olmaları və xilafət ordusunda döyüşmələri onların Şiə olmaları demək deyildir. İmam Əlinin (ə) xilafət ordusunda yer almaq, İmamın (ə) arxasında namaz qılmaq heç də o Həzrəti (ə) məsum və Peyğəmbərin (s) həqiqi canişini kimi qəbul etmək anlamına gəlmir. Əksinə o dövürdə bütün müsəlmanlar İmam Əlini (ə) sadəcə 4-cü xəlifə kimi qəbul edir və tabe olurdular. Birdə Kufəlilərin İmam Hüseynə (ə) məktub yazaraq Kufəyə dəvət etməsi heç də o demək deyildi ki, onlar Hüseyni (ə) imam kimi qəbul edir və məsum imamlardan (ə) biri hesab edirdilər. Xeyir, onlar İmamı (ə) həm səhabə, həm Peyğəmbər (s) övladı, həm sərkərdə, həm də rəhbərliyə laiq birisi kimi bilirdilər. Nəinki İmam (ə) kimi bilirdilər. Həmçinin Hüseynə (ə) və yaxınlarına Aşura günündə su verməmək özü bir sübutdur ki, onlar Hüseyni (ə) imam bilmirdilər. Həmçinin Fəratın suyunu kəsdikdə Bərir Həmədani adlı şəxs deyəndəki, bu içində qara donuzlar və itlər gəzişən Fəratın suyudur, halbuki onunla Allah Rəsulunun nəvəsi arasında maneə yaradılıb (Yəni İmama bu su çox görülüb), dedilər: Qoy Hüseyn (ə) susuzluqda yansın! Necəki ondan öncə biri də belə oldu! Onlar bu sözləri ilə Osman ibn Əffanı (2-cə xəlifə) qəsd edirdilər. Məgər İmam Hüseyn (ə) şiəsi belə deyərmi? Əsla! Doğrudur Şiələrin çoxu Kufədə yaşayırdı, bu o demək deyil ki, kufəlilərin çoxu şiədir. O zaman kufədə 15 min şiə yaşayırdı. Onlardan böyük qismi zindanlara salınmış, bir qismi səfərdə, bir qismi Mosul və Xorasana köç etmiş, bir qismi sürgün edilmiş, Bəni Ğazirə tayfası kimi bəzi tayfalar isə mühasirəyə alınıb təcrid edilmişdi. İmam Hüseyni (ə) qətl edən Kufə şiələri deyil, Kufədən olan müxtəlif məzhəb və qövümlərin insanları idi. Bir şeyi də diqqətinizə çatdırın ki, bütün tarixçilər qeyd edir ki, İmam Əli (ə) xilafətə gəldikdə Kufə məscidində xütbə oxuyub gündəlik namazların nafilələrinə dəyişiklik etmək istədikdə orda insanlar hay-həşir qoparıb dedilər: Vay, Ömər (zamanının) sünnəsi əldən gedir! (Bu şiəlikdirmi?) Birdəki, şiəlik tade olmaq deməkdir ((Peyğəmbərə (ə) və İmama (ə)). Onlar Allah dostu ilə dost, Allah düşməni ilə düşmənçilik etiqadına sahibdirlər. Qəti şəkildə Ömər Səd ordusunda şiə olmayıb. Şiələr ya İmamın (ə) yanında olublar, ya həbslərdə, ya da uzaqlarda, yada ki sonradan özlərini Kərbəlaya yetiriblər.”” Oxşar xəbərlər
|