İmam Hüseynin (ə) azad etdiyi qul
Kiçik bir ev ki, ev adlandırmaq olmazdı, sadəcə üstündə bir damı vardı və bir qədər də həyəti. Xanım həyətə həsiri salmışdı və həyat yoldaşı olan qoca kişi onun üstündə əyləşmişdi. Onlar söhbət edirdilər. Bir tək oğulları var idi ki, onun yolunu gözləyirdilər.
Xanım həyətin hövzundan su götürüb üzünə çəkdi və sonra qara bayrağı çıxartdı. Yaş əlləri ilə tozunu aldı və həyat yoldaşına nəzər saldı. Qoca dedi: Xanım, mən özüm də bilmirəm nə edim, çarəsizəm. Sabah Məhərrəm ayının biridir və insanlar yenə də bu evə axışacaqdır. Mən nə edəcəyəm? (Yəni, onlara qulluq etmək üçün evdə heç nəyimiz yoxdur). Ey Hüseyn! Qoyma ki, abrım getsin. Kişi bu sözləri deyib hönkürtü ilə ağlamağa başladı. Xanımı onu bu halda görəndə təsirləndi və qara bayrağı əlində sıxdı. Həyat yoldaşının yanında gəldi və dedi: “Ağacan, yadındadırmı ki, biz uzun illər uşaq həsrəti çəkmişik. İmam Hüseynə (ə) nəzir etdikdən sonra Allah bizə bir oğlan övladı bağışladı. Ona görə də narahat olma, bizim satacağımız hələ bir şey qalıbdır”. Qoca soruşdu: “Məqsədin nədir? Xanımı dedi: “İmam Hüseyndən (ə) aldığımız həmin oğlan. Mən 17 ildir ki, onun əziyyətini çəkib böyütmüşəm. Sabah onun başını qırx və bazara çıxart. De ki, nökərindir və onu satırsan”. Qoca dedi: “Birdən oğlan razı olmasa, necə? Həm də bu məsələnin şəri tərəfini bilmirəm”. Ona görə də hər ikisi din aliminin yanına getdilər və suallarını verdilər. Alim dedi ki, əgər oğlunuzun etirazı yoxdursa, şərən sata bilərsiniz. Axşam oğlan evə gələndə anası onu görüb ağlamağa başladı. Atası olanları ona danışdı və oğlu dedi: “Atacan, mən razıyam”. Atası oğlunun saçını qırxdı və sabah səhər anası ilə görüşüb, bazara getdi. Qoca hər nə qədər çalışdısa onu sata bilmədi. Ürəyində sevindi ki, oğlunu anasına geri qaytara biləcəkdir. Elə bu zaman Bəsrə darvazasından bir atlı keçdi və onlara tərəf çapmağa başladı. Yaxınlaşıb salam verdi. Soruşdu ki, oğlanı satırsan? Qoca dedi: “Bəli, səhərdən elə ona görə gözləyirəm”. Qoca məbləği dedi və atlı pul kisəsini çıxartdı və kişiyə verib dedi: “Əgər daha çox istəyirsənsə,yenə verə bilərəm”. Qoca elə bildi ki, atlı onu məsxərə edir, ona görə dedi: “Elə bu qədəri kifayətdir”. Ancaq atlı kişiyə yenə də bir ovuc qızıl verdi və oğlanı özü ilə apardı. Qoca evə gəldi və xanımı qabağına qaçıb soruşdu: “Nə etdin?”. Kişi dedi: “Satdım”. Xanımı göyə baxdı və dedi: “Ey Hüseyn! Özünə and verirəm ki, oğlumun adını bir daha dilimə gətirməyəcəyəm”. Oğlu ata minib, həmin atlının dalınca getməyə başladı. Qəhər onu boğurdu və özünü saxlaya bilməyib yüksək səslə ağlamağa başladı. Qabaqda gedən atlı geri qayıtdı və soruşdu: Oğlum, niyə ağalyırsan? Oğlan dedi: “Ağacan, mənim bir ağam var idi ki, mənə qarşı çox mehriban idi. İndi ondan ayrılmaq məni taqətsiz edir”. Atlı dedi: “Oğlum, demə ağam, de ki, atam. İstəyirsənmi ki, onların yanına qayıdasan?”. Oğlan dedi: Xeyr. Atlı dedi: Niyə? Oğlan dedi: “Əgər qayıtsam, deyəcəklər ki, qaçmısan”. Ona görə də qayıtmaq istəmir, ancaq atlının sözü onu dayandığı yerə mıxladı. Atlı dedi: “Evinə get, əgər desələr ki, qaçmısan, de ki, qaçmamışam, Hüseyn (ə) məni azad etmişdir”. Oğlan anidən gördü ki, atlı yoxdur və at da yoxdur. Özü isə evinin qapısının önündə dayanmışdır. Sakit halda evin qapısını döydü. Və külək qara bayrağı tərpədirdi… /Deyerler.org/ Oxşar xəbərlər
|