İmam Hüseynin (ə) hərəmini ziyarət etmək – Peyğəmbərlə (s) birlikdə yerinə yetirilən qəbul olunmuş həccə bərabərdir
Mьəllif: admin1
Tarix: 23-09-2018, 10:03
İmam Hüseynin (ə) hərəmini ziyarət etmək – Peyğəmbərlə (s) birlikdə yerinə yetirilən qəbul olunmuş həccə bərabərdir

1. Pak məkandır. Həzrət Peyğəmbər (s) buyurur: “Kərbəla – yer üzünün ən pak türbəsidir. Ehtiram cəhətdən ən böyük türbəsidir. Kərbəla – behiştin döşəmələrindəndir”.

2. Nicat yeridir. Həzrət Peyğəmbər (s) buyurur: “Oğlum elə diyarda torpağa tapşırılacaqdır ki, ona Kərbəla deyərlər. Üstün yerdir ki, davamlı olaraq İslamın qübbəsi olacaqdır. Necə ki, Allah Həzrət Nuhun (ə) möminlərinə elə oradaca tufandan nicat vermişdi”.

3. Eşq yeridir. İmam Əli (ə) Kərbəla haqqında buyurur: “Bura aşiqlərin qurbangahı və şəhidlərin şəhid olduğu yerdir. Nə keçmiş şəhidlər və nə də gələcək şəhidlər onlara çatmazlar”.

4. Eşq ətri verir. İmam Əli (ə) Kərbəla torpağına xitab edərək, buyurur: “Necə də ətirlisən, ey torpaq! Qiyamət günü səndən elə insanlar qalxacaqdır ki, hesab vermədən behiştə daxil olacaqlar”.

5. Məhşərin qırmızı ulduzudur. İmam Səccad (ə) buyurur: “Kərbəla torpağı Qiyamət günü mirvari ulduz kimi parlayacaqdır və nida verəcəkdir ki, mən Allahın müqəddəs torpağıyam. Pak və mübarək torpaq ki, şəhidlərin rəhbərini və behişt cavanlarının sərvərini özündə qərar vermişdir”.

6. Kərbəla – beytul-müqəddəsdir. İmam Sadiq (ə) buyurur: “Kərbəla – beytul-müqəddəsin torpağındandır”.

7. Fərat və Kərbəla. İmam Sadiq (ə) buyurur: “Kərbəla torpağı və Fərat suyu – ilk torpaq və ilk su olmuşdur ki, Allah Təala onlara müqəddəslik bəxş etmişdir”.

8. Kərbəla – peyğəmbərlərin (ə) Kəbəsidir. İmam Sadiq (ə) buyurur: “Yerdə və göydə elə peyğəmbər yoxdur ki, Allahdan icazə alıb, İmam Hüseyni (ə) ziyarət etməyə gəlməsin. Necə ki, bir dəstə Kərbəlaya enən zaman, bir dəstə oranı tərk edər”.

9. Kərbəla, mələklərin sevimli yeridir. İmam Sadiq (ə) buyurur: “Yerdə və göydə elə mələk yoxdur ki, Allahdan icazə alıb, İmam Hüseynin (ə) ziyarətinə gəlməsin. Belə ki, davamlı olaraq Kərbəlaya mələklər dəstəsi enər və oradan başqa dəstə yuxarı qalxarlar”.

10. Behişt yoludur. İmam Sadiq (ə) buyurur: “İmam Hüseynin (ə) qəbrinin yeri – behişt qapılarından biridir”.

11. Kərbəla – əmin yerdir. İmam Sadiq (ə) buyurur: “Həqiqətən, Allah Məkkəni hərəm qərar verməzdən əvvəl, Kərbəlanı əmin və bərəkətli hərəm qərar vermişdir”.

12. Davamlı ziyarət. İmam Sadiq (ə) buyurur: “Kərbəlanı ziyarət edin və bu işə davam edin. Çünki Kərbəla Peyğəmbərin (s) ən üstün övladını ağuşunda qərar vermişdir”.

13. Mübarək məkan. İmam Sadiq (ə) buyurur: “Allahın Quranda yad etdiyi əmin-amanlı vadi sahili – Fəratdır. Bərəkətli yer isə Kərbəladır”.

14. Ziyarət şövqü. İmam Baqir (ə) buyurur: “Əgər insanlar bilsəydilər ki, İmam Hüseyn (ə) hərəmini ziyarət etməkdə nə qədər fəzilət vardır, ziyarət şövqündən ölərdilər”.

15. Qəbul olan həcc. İmam Baqir (ə) buyurur: “Allah Rəsulunun (s) qəbrinin ziyarəti, şəhidlərin qəbrini ziyarət etmək və İmam Hüseynin (ə) hərəmini ziyarət etmək – Peyğəmbərlə (s) birlikdə yerinə yetirilən qəbul olunmuş həccə bərabərdir”.

16. Yenidən doğulmaq kimi halət. Həmran nəql edir ki, İmam Hüseyni (ə) ziyarət etdikdən sonra İmam Baqirin (ə) yanına gəlmişdim və Həzrət (ə) mənə buyurdu: “Ey Həmran! Sənə müjdə verirəm ki, hər kim Ali-Muhəmməd (ə) şəhidlərini ziyarət edər və bu işdəki niyyəti Allah rizası və Peyğəmbərə (s) yaxınlaşmaq olarsa günahlarından çıxar, anasından doğulmuş kimi olar”.

17. Behişt amili. İmam Sadiq (ə) buyurur: “Hər kim məskəninin behişt olmasını istəyirsə məzlumu (İmam Hüseyni (ə)) ziyarət etməyi tərk etməsin”.

18. Şəhadət və ziyarət. İmam Sadiq (ə) buyurur: “İmam Hüseynin (ə) hərəmini ziyarət edin və ziyarətini tərk etməklə ona zülm etməyin. Çünki o, behişt cavanlarının rəhbəri və şəhidlərin sərvəridir”.

19. Ziyarət – ən üstün əməldir. İmam Sadiq (ə) buyurur: “İmam Hüseyn (ə) qəbrini ziyarət etmək – ən üstün əməldir ki, yerinə yetirilə bilər”.

20. Nur süfrəsi. İmam Sadiq (ə) buyurur: “Hər kim Qiyamət günü nur süfrəsində əyləşmək istəyirsə, gərək İmam Hüseyn (ə) zəvvarlarından olsun”.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930