İmamın (ə) şəhadətindən sonra Kərbəlada baş verən hadisələr
Mьəllif: admin1
Tarix: 19-08-2022, 10:07
İmamın (ə) şəhadətindən sonra Kərbəlada baş verən hadisələr
Məhərrəm ayının 2-də Kərbəla çölünə yetişən İmam (ə), öncə Hürr ibn Riyahi tərəfindən məcburi dayandırılır və sonradan Ömər Sədin rəhbərliyi ndə olan 40-50minlik bir ordu ilə üz-üzə qalır.

Məhərrəmin 7-dən etibarən Əhli-beytə (ə) hətta su götürmək icazəsi də verilmir. İbn Ziyadın bu əmrini Ömər Səd və Şimir ibn Zilcövşən böyük həvəslə icra edirdilər. Onlar Kərbəla kimi bir səhrada peyğəmbər (s) övladlarını günlərlə susuz qoyurlar.

Məhərrəmin 10-da, Aşura günü İmamın (ə) bütün döyüşçüləri və Bəni-haşim gəncləri şəhid olur. Sonda İmamın (ə) özü zöhr vaxtı qətlə yetrilib, bütün şəhidlərin başları kəsilir, mübarək bədənləri üzərindən atlar çapılır ki, bununla da düşmənin kinli qəlbi soyumur...

İmamın (ə) şəhadətindən sonra Ömər Səd xeymələrə, qadın-uşaqlara hücum etmə əmri verir. Xeymələrə od vurulur, qadın və qızların əllərində və üzərində olanlar qarət edilir, qaçanlar döyülərək cəm edilib əsir edilir...

Ömər Səd İmamın (ə) mübarək başını Xuli bin Yəzidə və Həmid bin Muslimə təhvil verib Kufə sarayına, İbn Ziyad məluna göndərir.

Digər şəhidlərin hamısının başını bədənindən ayırıb, 72 baş toplayıb, nizələrə taxaraq Aşuranın səhərisi Kufə istiqamətində yola salırlar...

Həmçinin bütün qadın və uşaqlar da əsir edilərək amansızlıq və kobud rəftarla, o cümlədən nizələrə taxılmış başlarla birgə Kufəyə tərəf yola salınır. Ömər Səd, əsirləri kəsik başlarla bir yerdə aparmaqla, o məzlum qadın və körpələrə daha artıq əziyyət verməyə çalışırdı...

Beləcə, İmamın (ə) şəhadətindən sonra xeymələr qarət edilir, yandırılır, hətta şəhidlərin paltarları belə qarət edilir, başları kəsilir və qadınlar və uşaqlar əsir edilərək kəsik başlarla birlikdə rəhimsizliklə Kufəyə doğru yola salınır...

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031