Şairə mərsiyə yazmağa Əhli-Beyt (ə) kömək etdi
Möhtəşəm Kaşaninin bir oğlu var idi ki, dünyasını dəyişmişdi və alim onun haqqında şeir yazmışdı.
Bir gecə yuxuda Həzrət Peyğəmbəri (s) görür ki, ona buyurur: “Sən övladın üçün mərsiyə deyirsən, ancaq mənim övladım barəsində demirsən”. Möhtəşəm nəql edir: Yuxudan ayıldım və bilmədim ki, Həzrətin (ə) mərsiyəsini necə başlayım. Sonrakı gecə Həzrət (s) yenə yuxuma gəldi və buyurdu: “Niyə oğlumun müsibəti haqqında mərsiyə demədin?”. Dedim: “İndiyə qədər bu vadiyə qədəm basmamışam”. Həzrət mənə buyurdu: “De: “Bu, nə həyəcandır ki, aləmin xəlqində baş verir?!””. Yuxudan ayıldım və bu misranı başlanğıc qərar verdim. Sonra şeirin qalanını yazdım və nəhayət bu misraya gəlib çatdım: “Zulcəlalın özünün olmasına baxmayaraq kədərdən...”. Bu misrada qaldım və nə yazacağımı bilmədim. Gecə yuxuda Həzrət İmam Zaman ağanı (ə.f) gördüm ki, buyurdu: “Niyə öz mərsiyəni sona çatdırmırsan?”. Dedim: “Son misrada qalmışam”. Buyurdu: “De: “O, qəlbdədir və sıxıntısı olmayan qəlb yoxdur”. Yuxudan ayıldım və bu misra ilə mərsiyəni sona çatdırdım”. /Deyerler.org/ Oxşar xəbərlər
|