Niyə İmam Hüseynin (ə) qəbri altıguşəlidir?
İmam Hüseynin (ə) şəhadətindən sonra dəfni barəsində bir neçə nəzər vardır. Mərhum Müfid Bəni-Haşimdən olan 17 şəhidin adını çəkəndən sonra deyir: “Onlar, İmamın (ə) ayağı tərəfində eyni qəbirdə dəfn olunmuşdular.
Ona görə də onların qəbrindən heç bir əsər qalmamışdır. Zəvvarlar İmamın (ə) qəbrinin ayaq hissəsinə işarə edərək, onları ziyarət edərlər”. Əli Əkbər ağa da bu şəhidlərdən biridir. Həmçinin başqa bir mənbə nəql edir ki, Ömər ibni Səd (lən) Kərbəladan gedəndən sonra Bəni-Əsəd qəbiləsi İmamın (ə) və dostlarının mübarək cənazələrinə namaz qılmışdılar. Onu indi yerləşdiyi qəbirdə dəfn etmişdilər. Əli Əkbər ağanı da onun ayağı tərəfində dəfn etmişdilər. Sonra başqa şəhidlər üçün qəbir qazmışdılar. Onların hamısını bir qəbirdə dəfn etmişdilər. Həzrət Abbası isə şəhid olduğu yerdə dəfn etmişdilər. Hədislərdə nəql edilir ki, İmam Səccad (ə) Kərbəlaya gəlir, Bəni-Əsəd qəbiləsini özlərini itirmiş halda görür. Bədənlər başlarından ayrıldığı üçün, onları tanımaq çətin idi. İmam (ə) onlara buyurur ki, özü şəhidləri tanımaqda onlara yardım edəcəkdir. İlk olaraq atasının sorağına gedir. Atasının bədəni yanında dayanır və çoxlu ağlayır. Sonra atası üçün qəbir qazır və atasını tək halda qəbrə qoyub, buyurur: “Bu qəbir – Hüseyn ibn Əli ibn Əbutalibin (ə) qəbridir. O Hüseynin (ə) ki, onu dodaqları susuz və qərib halda qətl etdilər”. Atasını dəfn edəndən sonra əmisi Abbasın (ə) sorağına gedir. Onu da tək halda dəfn edir. Sonra Bəni-Əsədə buyurur ki, iki qəbir qazsınlar. Birində Bəni-Haşim şəhidlərini və o birisində səhabələrdən olan şəhidləri yerləşdirsinlər. İmama (ə) ən yaxın şəhid oğlu Əli Əkbər idi. İmam Sadiq (ə) bu haqda buyurur: “İmam Hüseyni (ə) qərib öldürdülər. Onun üçün ağlayın. Hər kim onu ziyarət edər, qəmgin olar və o kəs ki, onu ziyarət edə bilməz və ürəyi yanar, oğlunu qəbrinin ayaqlarının aşağısında müşahidə edər”. Beləliklə, İmam Hüseyn (ə) zərihinə qoşulan kiçik zərih iki qəbir olduğu üçün, onun əlaməti olaraq, Əli Əkbər ağanın ehtiramına 6-guşəli bir zərih düzəldilmişdir. Əbdülrəzzaq Hüseyni, İmam Hüseynin (ə) zərihini belə təsvir edir: “İmam Hüseyn (ə) zərihi ibarətdir: Sandığa bənzəyən bir taxta yüksəklikdən ki, üzərində iki müşbək qərar tutur. Muşbək – deşikləri olan pəncərədir. Daxili müşbək bahalı poladdan, xarici müşbək isə ağ gümüşdən hazırlanmışdır. Xarici müşbəkə başqa bir muşbək qoşulmuşdur. Xarici müşbək İmam Hüseynə (ə) aiddir. Daxili müşbək isə atası ilə eyni gündə şəhid olan Əli Əkbərə aiddir”. /Deyerler.org/ Oxşar xəbərlər
|