İmam Səccadın (ə) Kərbəladan sonra iki hədəfi
Mьəllif: admin1
Tarix: 19-08-2022, 10:09
İmam Səccadın (ə) Kərbəladan sonra iki hədəfi
İmam Səccadın (ə) Aşura hadisəsi zamanı iki hədəfi olmuşdur: birincisi atasının qiyamınından sonra əldə olunanları qorumaq. Çünki bu qiyamın hədəfini təhrif etmək istəyənlərin sayı az deyildi.

İkincisi isə Həzrət Muhəmməd (s) dinini yaymaq idi. Ona görə də İmam (ə) dua şəklində İslam maarifini yaymağa və mübarizə qüvvəsini gücləndirməyə çalışmışdır.

İmamın (ə) birinci hədəfi barəsində demək olar ki, İmam (ə) əziz bibisi Həzrət Zeynəb (s.ə) ilə birlikdə həm Kufədə, həm də Şamda insanları qəflətdən ayıltmağa çalışmışdı.

Onların dediyi xütbələr bu qiyamın təsirini bir neçə qat artırmışdır. Onlar bu xütbələri ilə İslam ümmətini həqiqi düşmənlərini tanıtmış və insanları sünnətə qayıtmağa dəvət etmişdilər.

Misal üçün, İmamın (ə) Dəməşq məscidində Yezidin (lən) yanında dediyi xütbə, Əbu Süfyan (lən) nəslinin canına atəş salmışdı.

İmam (ə) əvvəl özünü və nəslini tanıtmış və sonra ata-babasının hədəfləri barəsində o qədər danışmışdı ki, insanlar ağlamışdılar.

Yezid (lən) bu səhnəni müşahidə edən zaman təhlükə hiss edir və azan deyənə əmr verir ki, azan oxusun. Azan deyən cəddinin adını çəkən zaman, İmam (ə) üzünü lənətlik Yezidə çevirib buyurur:

“Ey Yezid! Bu Muhəmməd (s) – mənim cəddimdir, yoxsa sənin? Əgər iddia etsən ki, sənin cəddindir, yalan demiş olacaqsan. Əgər desən ki, mənim cəddimdir, bəs niyə nəslini qətl etdin?”.

İmam Səccad (ə) ömrünün sonuna qədər Kərbəla hadisəsini diri saxlamağa cəhd etmişdir. Nə zaman qurban edilən heyvan görərdi, ağlayardı. Su içən zaman ağlayardı. Məhərrəm ayında əza məclisləri təşkil edərdi. Onun bu əməlləri sayəsində Kərbəla hadisəsi indiyə qədər diri qalmaqdadır.

Ona görə də deyə bilərik ki, əgər İmam Səccadın (ə) fəaliyyəti olmasaydı, qanlı Aşura hadisəsi unudulacaqdı. Ancaq İmam (ə) buna imkan vermədi və öz təsirli xütbələri ilə bu qiyamın təsirini daha da artırdı və tarix boyu Əhli-Beyt (ə) davamçılarının yadından çıxmaması üçün əlindən gələn hər şeyi etdi.

İmam Səccad (ə) buyurur: “Mən Əlinin (ə) və Hüseynin (ə) övladıyam ki, onu Fəratın kənarında heç bir günahı olmadan qılıncdan keçirtdilər. Mən o kəsin övladıyam ki, onun hörmət pərdəsini cırdılar və malını qarət etdilər. Ailə üzvlərini əsirlik zəncirinə çəkdilər”.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031