ƏBƏDİ DİNİN ƏBƏDİ MÖCÜZƏSİ
Mьəllif: admin1
Tarix: 25-09-2018, 22:05
ƏBƏDİ DİNİN ƏBƏDİ MÖCÜZƏSİ
Allah-Taala Qurani-Kərimin “Bəqərə” surəsinin 23-cü ayəsində buyurur:

وَإِن كُنتُمْ فِي رَيْبٍ مِّمَّا نَزَّلْنَا عَلَى عَبْدِنَا فَأْتُواْ بِسُورَةٍ مِّن مِّثْلِهِ وَادْعُواْ شُهَدَاءكُم مِّن دُونِ اللّهِ إِنْ كُنْتُمْ صَادِقِينَ

“Əgər bəndəmizə nazil etdiyimizə şəkkiniz varsa, siz də ona bənzər bir surə gətirin və əgər sizin iddianız doğrudursa, Allahdan başqa bütün şahidlərinizi bu işdə köməyə çağırın.

Bu ayə Quranın möcüzə olduğunu göstərir. Peyğəmbərlərin dəvəti Allaha doğru hidayətdir. Onlar bu işi dəlillərlə, moizələrlə, yaxşı tərzdə mübahisələrlə yerinə yetirirlər.

Onların iddiası yalnız budur ki, Allah tərəfindən xalqın hidayəti üçün gəlmişlər. Bu məqsədlə möcüzə də gətirirlər. Demək, möcüzə peyğəmbərlərin dəvətinin yox, iddialarının isbatı üçündür. (Bilməliyik ki, möcüzə varlıq aləmindəki qanunlardan kənar bir iş deyil. Onun da səbəbi var. Sadəcə, bu səbəb ya Allahın iradəsidir, ya da xalq üçün məxfi qalmış bir səbəbdir.)

Allah Quranda İslam müxaliflərini dəfələrlə mübarizəyə dəvət etmişdir. Onlara xitabən buyurulur ki, əgər bu kitabın Allah tərəfindən gəldiyini qəbul etmirlərsə, bütün bu müharibələr və mübarizələr əvəzinə Quran kimi bir kitab hazırlayıb İslamın səsini boğsunlar!

Allah Öz Peyğəmbəri və kitabının haqq olduğunu isbat etmək üçün bir tərəfdən müxalifləri təhrik edir, digər tərəfdən sakitləşdirir. Bir yerdə buyurulur: “Quran kimi bir kitab gətirin.” (“Qəsəs” surəsi, ayə 49.)

Digər bir yerdə isə belə buyurulur: “Quran surələri kimi on surə gətirin.” (“Hud” surəsi, ayə 13.)

Başqa bir yerdə isə belə buyurulur: “(Qurana) bənzər bir surə gətirin və Allahdan başqa, kimə gücünüz çatırsa, onu da (köməyə) çağırın!” (“Yunus” surəsi, ayə 38.)

Quranın bölünməsi və hər bir surənin adlandırılması Peyğəmbər (s) dövründə Allah tərəfindən müəyyənləşdirilmişdir. (“Fə’tu bisurətin”)

Quran peyğəmbərlərin haqqında danışarkən onların adından ya qabaq, ya da sonra “əbd” – “qul” sözünü işlədir. (“Əbdina Əyyub”, İbrahim.. kullun min əbdina”) Yalnız İslam peyğəmbəri haqqında danışılarkən onun adını çəkmədən “əbd” sözü işlədilmişdir. Bununla da həzrət Muhəmmədin (s) "mütləq əbd" olduğu nəzərə çatdırılır.

BİLDİRİŞLƏR

1. İnsanların düşüncəsindən və qəlbindən şəkki çıxarmaq lazımdır. Xüsusilə etiqadi məsələlərdə şəkkin qarşısı alınmalıdır. (“İn kuntum fi rəybin”)

2. Vəhyin qəbul şərti Allaha bəndəlikdir. (“Nəzzəlna əla əbdina”)

3. Quran dəlil və sübut kitabıdır. Bu kitab heç bir şəkk-şübhəyə yer qoymur. (“Fə’tu bisurətin”)

4. Peyğəmbərlərin möcüzəsi olmalıdır. İslam Peyğəmbərinin möcüzəsi Qurandır. (“Fə’tu bisurətin min mislihi”)

5. Əbədi dinin əbədi möcüzəsi olmalıdır ki, bütün insanlar tarixin istənilən bir dönəmində və istənilən bir məkanda şəkkə düşdükdə çıxış yolu tapsınlar.

6. Quranın haqq olmasına o qədər əminik ki, müxaliflər hətta Quranın bir surəsi mislində surə gətirsələr də, onu bütün Quranın yerinə qəbul edərik. (“Bisurətin”) Əminik ki, bu mümkünsüzdür. Odur ki, növbəti ayədə buyurulur:

فَإِن لَّمْ تَفْعَلُواْ وَلَن تَفْعَلُواْ فَاتَّقُواْ النَّارَ الَّتِي وَقُودُهَا النَّاسُ وَالْحِجَارَةُ أُعِدَّتْ لِلْكَافِرِينَ

“Əgər belə bir işi bacarmazsınızsa və heç vaxt da bacarmazsınız, onda kafirlər üçün hazırlanmış, yanacağı insanlar və daşlar olan oddan çəkinin.” (“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, 1-ci cild, “Bəqərə” surəsi, 23-cü ayənin təfsiri.)

Maide.Az
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031