İnsanın əlləri ona şahidlik edəcək – İsra surəsi
Mьəllif: admin1
Tarix: 7-09-2022, 20:56
İnsanın əlləri ona şahidlik edəcək – İsra surəsi
Qurani-Kərimə əsasən Allah Təala insanı yaradaraq ona ağıl və idrak bəxş edib. Bununla da insanı varlıq aləminin ən üstünü qərar verib.

Təbii ki, bu üstünlük insana verilən bir imtiyaz olmaqla bərabər onu məsuliyyətli edir. Çünki hər bir insan ağıl və idrakının qədərində hesaba çəkiləcək. İslam şəriətinə əsasən uşaqların və əqli qüsuru olanların məsuliyyətdən azad olması bunun bir növ göstəricisidir.

Bütün bu deyilənləri əxlaq ustadlarının təbiri ilə desək, insanın bütün əza və nəfsani xislətləri ağılın “hakimiyyəti” altında olmalıdır. İnsan bütünlüklə özünə ağlı ilə nəzarət etməli, bütün istəklərini və əzalarının fəaliyyətini hiss və arzuları ilə deyil ağlı ilə idarə etməlidir.

Quran bu məsələyə işarə edərək buyurur:

“Haqqında məlumatın olmadığı bir işin dalınca olma! Çünki qulaq, göz və ürək – bunların hamısı (sahibinin əməlləri) barəsində sorğu-sual olunacaqdır”. (İsra-36)

Quran bu ayədə qulağı, göz və qəlbi nümunə çəkir. Digər ayələrdə də buna bənzər nümunələr gətirir, insanın bütün əzalarının danışaraq şəhadət verəcəyini zikr edir:

“Bu gün onların ağızlarına möhür vurarıq. Qazandıqları barəsində onların əlləri Bizimlə danışar, ayaqları da şəhadət verər”. (Yasin-65)

Quran bu kimi ayələrlə insanı həm təhdid edir, həm də onu agahlığa dəvət edir. Allahın əmrindən çıxan insan düşünməsin ki, şahidi yoxdur!


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031