Bu tarixi şəxsiyyətlər dünyada da, axirətdə də İmamlara (ə) ilk olaraq yetişəcək
O zaman ki, İmam Baqir (ə) imamət məqamına yetişir, İslam maarifinin inkişaf etməsi üçün müəyyən imkanlar meydana gəlir.
Şeyx Tusi İmam Baqirin (ə) 468 nəfər şagirdinin adını çəkmişdir ki, İslam maarifinin yayılmasında Həzrətə (ə) çox yardım etmişdilər. Bu şəxslərdən biri Muhəmməd ibni Müslim Səqəfi olmuşdur. O, İmam Baqirdən (ə) 3 min hədis öyrənmiş və Əhli-Beyt (ə) davamçıları üçün yadigar qoyub getmişdir. Məsum İmamlarımız (ə) ona etimad edib, onu əmin insan adlandırmışdılar. İmam Sadiq (ə) onu İmam Baqir (ə) məktəbinin dirçəldicisi adlandırmışdır. Süleyman ibni Xalid bu haqda yazır: “İmam Sadiqdən (ə) eşitmişəm ki, buyururdu: “Zərarə, Əbu Bəsir, Muhəmməd ibni Müslim və Bərid ibni Əcəlinin savayı heç kəs atamın adını və sözlərini diri saxlamamışdır. Əgər onlar olmasaydı, heç kəs dini əhkamı inkişaf etdirməzdi. Onlar İlahi dini əhkam hərəminin gözətçiləri, atamın halal və haramına əmin olanlardır. Onlar dünyada bizim hüzurumuzda olmaq üçün başqalarından qabaqdadırlar. Axirətdə də bizə çatmaq üçün hamıdan qabaqda olacaqlar””. Əbu Ubeydə nəql edir: “İmam Sadiqdən (ə) eşitmişəm ki, buyurub: “Zərarə, Əbu Bəsir, Muhəmməd ibni Müslim və Bərid o kəslərdəndir ki, Allah onların haqqında buyurmuşdur: “(Üçüncü dəstə, imanda) öncül (təqvada) qabaqcıllar! Onlar (Allahın dərgahına) yaxın olanlardır”. (“Vaqiə” 10-11)”. Abdullah ibni Əbi Yəfur bir gün İmam Sadiqə (ə) deyir: “Mən sizinlə həmişə görüşə bilmirəm. Sizin xidmətinizə girmək mənim üçün həmişə alınmır. Mənim suallarım olur və insanlar məndən suallar soruşurlar ki, onların cavabını bilmirəm”. İmam (ə) buyurur: “Niyə Muhəmməd ibni Səqəfinin yanına getmirsən və ondan suallarının cavabını soruşmursan? O, atamdan bəhrə aparmışdır və sözlər eşitmişdir. Atamın yanında dəyərli və etimad olan simalardan olmuşdur”. /Deyerler.org/ Oxşar xəbərlər
|