İnsan kəramətinin meyarı nədir?
Mьəllif: admin1
Tarix: 7-09-2022, 21:00
İnsan kəramətinin meyarı nədir?
İnsan özünü tərbiyə edən zaman bəzi əməllərini insan kəramətinə zidd olduğunu görür. Bu, o əməllərdir ki, onu alçaldır və zəlil edir. Əksinə bəzi əməlləri isə alicənablığının artmasına meyar kimi qəbul edir. Bu əməllər onun şəxsiyyətini dəyərli edir və etibarını artırır.

Misal üçün bu cür insan yaxşı bilir ki, həsəd – insanı zəlil edən sifətlərdəndir. Həsəd aparan insan o kəsdir ki, başqalarının ancaq pisliyini istəyər və onların əlində olanı almağa çalışar. Daima onların işinə əngəllər qoymağa cəhd edər. Hər bir aqil insan bilir ki, bu cür sufətlər onu zəlil və alçaq edir.

Başqa bir rəzil sifət ki, insanı zəlil edər – simiclikdir. İnsan öz sərvətinə o qədər hərisdir ki, onu nə özü xərcləyir, nə də ailəsinə imkan verir ki, ondan faydalansın. Bu cür insan öz malının əsiridir. Bu cür insan əlbəttə ki, zəlil və xar olar.

Əksinə o insan ki, ehsan edər və infaqla məşğul olar, özünü daha alicənab və daha şəxsiyyətli edər.

Qorxaqlıq, sui-zənn, yalan, bədgümanlıq, şorgözlük, satqınlıq, əmanətə xəyanət, xəbərçilik, söz gəzdirmək, təkəbbürlülük, özünü öymək və bütün bu kimi rəzil sifətlər, onun daşıyıcısını insanların gözündə də, hətta onun öz gözündə də alçaq edər.

Şücaətli, əmanətdar, təvazökar, səbirli, güzəştli, imanlı, xeyirxah insan ətrafdakıların, onu tanıyanların böyük rəğbət və hörmətini qazanar.

Ona görə də deyə bilərik ki, insan kəramətinin əsil meyarı – insanın, onu zəlil edən sifətlərdən çəkinməsidir. Əksinə elə əməllərlə zinətlənməkdir ki, onu daha şəxsiyyətli və alicənab edər.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930