Alimlər Qiyamətdə şəfaətçilik edəcəklər
Elmin axirətdəki fəziləti barəsində deyə bilərik ki, bu haqda çoxlu hədislərimiz vardır. Elm insana dünyada yardım etdiyi kimi, axirətdə də böyük yardımçısı olacaqdır.
İmam Baqir (ə) buyurur: “O alim ki, elmindən bəhrələnir, 70 min abiddən üstün və dəyərlidir”. Həzrət Peyğəmbər (s) buyurur: “O tələbə ki, hədəfi elm öyrənmək, dini və İslamı dirçəltmək olarsa, əgər təhsil alan zaman ölümü gəlib çatarsa onunla peyğəmbərlər arasında behişt məqamı ilə bağlı fasilə bir dərəcə qədər olacaqdır”. İmam Hüseyn (ə) alimin fəziləti barəsində uzun bir çatdırışın sonunda Uca Allahın bu xitabına işarə edir: “Ey mələklər! Bu bəndəmin başqalarına öyrətdiyi hər hərf və söz qarşılığında ona behişt bağlarında min-min saray, müxtəlif mənzillər hazır edin. Bu saraylara yaraşan hər bir neməti onlar üçün təmin edin”. Əmirəl-möminin (ə) buyurur: “Qiyamət günü (alimlər) cəlal və təm-təraqla insanların arasına gələrlər, o halda ki, başlarında nurlu və parlayan tac olar. Elə bir tac ki, Qiyamətin bütün insanlarına nur saçar və onları aydınlandırar. Onun qarşısında elə libas qərar verilər ki, onun bir sapının qiyməti bütün dünyanın qiymətinə çatmaz. Sonra çarçının səsi insanların qulağına çatar və onlara elan edər ki, bu şəxs alimdir ki, onu Muhəmməd (s) nəslinin şagirdlərindən hesab etmək lazımdır”. Sonra əziz İmam (ə) buyurur: “Hər kəs bu alimin elmindən faydalanar – Qiyamət günü də bu alimin elm nurundan bəhrə aparar”. Bəzi hədislər alimin məqamını şəhidlərin məqamından uca hesab etmişdir. Bəzi hədislər isə alimlərin şəfaətçi olacaqlarına işarə etmişdir. Hər kimi istəsə, özü ilə behiştə apara biləcəkdir. /Deyerler.org/ Oxşar xəbərlər
|