Müaviyyənin (lən) barışmaq cəhdi və İmam Həsənin (ə) cavabı
O zaman ki, Mədinənin hakimi Mərvan, Abdullah ibni Cəfərin qızını Yezid (lən) üçün elçilik etməyə vəzifələndirilir, o, Abdullah ilə təmas saxlayır və mövzunu ona xəbər verir.
Abdullah bu mövzunun cavabında deyir: “Mənim qızlarımın ixtiyarı Həsən ibni Əlinin (ə) əlindədir. Qızımı ondan istəyin”. Ona görə də Mərvan, İmam Həsənin (ə) yanına gəlir və Abdullahın qızını istəyir. İmam (ə) buyurur: “Nəzərində olan insanları dəvət et və mən də nəzərimi deyim”. Mərvan Bəni-Haşimin və Bəni-Üməyyənin başçılarını dəvət edir. Onlar toplaşırlar. İmam Həsən (ə) gəlir. Mərvan ayağa qalxır və Allahı həmd etdikdən sonra deyir: "Möminlərin əmiri Müaviyyə mənə əmr etmişdir ki, Abdullah ibni Cəfərin qızı Zeynəbi Yezid üçün istəyəm. Atası hər nə qədər mehriyyə təyin etsə, qəbul edəcəyəm. Atasının nə qədər borcu varsa, əda edəcəyəm. Bu qovuşma iki tayfa arasında sülhə səbəb olacaqdır. Yezid elə insandır ki, tayı-bərabəri yoxdur. Yezid o kəsdir ki, simasına görə buludlar yağış tələb edir”. Sonra susub bir kənarda əyləşdi. Bu zaman İmam Həsən (ə) danışmağa başladı. Allahı həmd etdikdən sonra buyurdu: “Biz mehriyyə mövzusunda Peyğəmbərin (s) qızları və qohumları ilə bağlı sünnətinə təcavüz etmirik (yəni, ondan artığını istəmirik). Atasının borcuna qaldıqda isə, nə vaxta qədər qızlar atalarının borcunu ödəmişdir ki, bu da onlardan biri olsun?! İki tayfa arasında sülh məsələsində - bizim sizə düşmənçiliyimiz Allaha görədir və Onun yolundadır. Ona görə də dünya üçün sizinlə sülh bağlamırıq. Əgər xilafət məqamı nübuvvət məqamından uca məqam olsaydı, biz gərək Yezidlə iftixar edərdik. Ancaq nübuvvət məqamı xilafət məqamından uca olduğu üçün, o, gərək bizim varlığımızla iftixar etsin. O şeyi ki, deyirsiniz: “Buludlar Yezidin simasının bərəkətinə yağış tələb edərlər” – bu söz düz söz deyildir, məgər Muhəmməd (s) və Ali-Muhəmmədlə (ə) bağlı olsa. Bizim Abdullahın qızı ilə bağlı nəzərimiz belədir ki, onu əmisi oğlu Qasim ibni Muhəmməd ibni Cəfərə ərə veririk. Mən elə indi onu Cəfərin xanımı qərar verirəm. Mehriyyəsini isə Mədinədə olan əkin torpağını təyin edirəm. Bu əkin torpağı onların ruzisini də təmin edəcəkdir. Artıq başqalarına ehtiyacları olmayacaqdır”. Mərvan məyus oldu. Macəranı Müaviyyə üçün yazır. Müaviyyə (lən) Bəni-Haşimlə zahirdə münasibəti düzəltmək və Yezidə (lən) xilafəti rahat ötürmək planlarının alt-üst olduğunu görüb, narahat olur. /Deyerler.org/ Oxşar xəbərlər
|