Evliliyə mane olan amillər
Mьəllif: admin1
Tarix: 29-09-2018, 10:11
Evliliyə mane olan amillər
Cavanların evliliyinə mane olan amillər müxtəlifdir. Onları tanıyaq:

1. Fərdi problemlər.

2. Ailə problemləri.

3. İctimai problemlər.

Fərdi problemlər.

Adətən evliliyə mane olan ən mühüm amil budur – bir insanın evliliyə olan fərdi baxışıdır. Hər kəsin evliliyə olan baxışı eyni deyildir, müxtəlifdir. Bu da həyat yoldaşı seçimində və qərar verməkdə çətinliklər yaradar. Hər kəs ideal insan axtarışındadır, ancaq hər kəsin idealı fərqlidir.

Əgər evləndiyi insan idealı deyildirsə, bu zaman nakamlıqlar başlayar və aradan qaldırılması çətin olan izlər qoyub gedər. Əgər cavan Quran və Məsumlarımızın (ə) söylədiyi meyarlara əməl edərək evlənərsə, təəssüflənməz. Mömin insanın bütün səyi – ailəsinin xoşbəxt və şad olmasıdır.

Belə bir insanın ailə həyatı şirin və xoşbəxt olar. Ancaq əgər meyarı maddi və nəfsani olarsa, o zaman həyat yoldaşından tez soyuyar və ailə həyatı ona yorucu gələr.

Beləliklə, deyə bilərik ki, bir cavanın fərdi problemlərinin aradan qaldırmağının yolu – İlahi meyarlar əsasında seçim etməsi və yaşamasıdır.

Ailə problemləri.

Cavanların evlənməsinə mane olan ailə problemləri bunlardır:

1. Ailələrin özünü bir-biri ilə müqayisə etməsi.

2. Gəlin və bəydən yersiz gözləntilər.

3. Mədəniyyət, iqtisadi, ailə fərqlərinin olması.

İctimai problemlər.

Bu problemləri də bir neçə dəstəyə bölmək olar.

1. Məskən.

2. Təhsil.

3. Peşə və lazımlı qədər qazancının olmaması.

4. Toy mərasimi üçün lazımi qədər pulun olmaması.

Beləliklə deyə bilərik ki, əgər insanların evliliyə olan baxış bucağını dəyişdirə bilsək, cavanlarımız çox rahat şəkildə ailə qurar və evlilik yaşları da ötməz. Bunun üçün bu üç problemi aradan qaldırmağa çalışmaq və İlahi meyarları əsas tutmaq lazımdır.

Təmtəraq və həddən artıq pul xərcləmək nə cavan cütlərə xeyir gətirər, nə də gələcəkdə xoşbəxt olmaları üçün təminat olar. Əksinə, toya xərclənən bu qədər külli miqdarda pulu çatışmayan problemlərini aradan qaldırmağa xərcləsəydilər, daha xeyirli və bərəkətli olardı. Hər bir halda evlənməyi qəsd edən hər bir cavan bu problemlərə diqqət etməli və seçim zamanı İlahi meyarı əsas götürməlidir.



/Dəyərlər.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031