İnsan özünü sevməlidirmi?
Özünü sevmək insanın ən güclü nəfsani meyillərindəndir ki, ya insanı kamala çatdıra bilər, ya da əxlaqi rəzil sifətlərin meydana gəlməsinə səbəb ola bilər.
Ona görə də insan əgər bu hissi düzgün yolda istifadə etsə, İlahi hədləri aşmasa – şəxsiyyətinin inkişaf etməsinə və istedadlarının çiçəklənməsinə səbəb olar. İnsanda ümid ruhunu və həyatda yaşamaq eşqini artırar. Onu insani kamallar əldə etməyə təşviq edər. İnsanın özünü sevməsi özlüyündə bir nöqsan və eyib deyildir, bəlkə Allahın böyük nemətlərindən biridir. Ancaq əgər bu meyil həqiqi yolundan çıxarsa, özünəpərəstiş halını alar və insanı yolundan azdırar. Bu cür insan özünü başqalarından üstün görər və öz mənfəətini başqalarının mənfəətindən daha dəyərli hesab edər. Təkəbbür insanı kamal yolundan saxlayar və inkişaf etməsinə mane olar. Təkəbbürün nişanələri nədir? O insanlar ki, təkəbbür tələsinə düşüblər, onun nişanələrindən biri hər şeyi və hər kəsi özləri üçün istəməkləridir. Özlərindən qeyrisinə etimad etmirlər. Məclislərdə ancaq özlərinin danışmasını istəyirlər və istəyirlər ki, hamı onun sözlərinə qulaq assın. Bu insanlar istəyirlər ki, başqaları ona xidmət etsin. Ancaq özü başqalarına xidmət etməkdən boyun qaçırdar, ona görə də başqalarının kinini qazanar. Belə bir insanın dostu həmişə az olur, çünki onlardan yersiz gözləntiləri olur ki, nəticədə onları əldən verir. Təkəbbürlü insan əgər kimisə bir xidmət edibdirsə, bunu heç bir zaman unutmaz və daima ona xatırladar. Ancaq əgər başqaları ona böyük bir xidmət edirdirsə, tezliklə onu unudar. Onların zəhmətinə görə heç bir zaman təşəkkür etməz. Təkəbbürlü insanın başqa nişanələrindən biri də budur ki, kəraməti nəfsi və insan izzətini dərk edə bilmədiyinə görə, hansısa mənfəətə çatmaq üçün başqalarına rahatlıqla yaltaqlana bilir. Təkəbbürlü insan şöhrət istəyəndir. Hətta bunun üçün bəzən cinayət edər və ya dəlicəsinə işlər görər. Bəs necə edək ki, təkəbbürdən xilas olaq? Əgər həkimə problemi getsək, bizim cismi xəstəliklərimizi müalicə etmək üçün ilk əvvəl bizə diaqnoz qoyar. Ondan sonra necə müalicə edəcəyini müəyyən edər. Təkəbbürü müalicə etmək üçün də ilk addım – diaqnozdur. İmam Əli (ə) buyurur: “Xoş olsun o insanın halına ki, başqalarının eybi ilə məşğul olmazdan əvvəl, öz eyiblərini aradan aparmaq üçün səy göstərər”. İkinci mərhələdə təkəbbürlü insan gərək özünü tərbiyə etsin və öz nəfsini Allaha tabe olmağa vadar etsin. Çünki təkəbbürün əsil kökü – insanın özünü tanımamasıdır. Əgər insan Allah qarşısında nə qədər kiçik olduğunu dərk etsə, o zaman təkəbbür etməkdən əl çəkər. Allahın ona bağışladığı nemətlərə diqqət edər. Beləliklə, deyə bilərik ki, özünü sevmək o həddə ki, insanın düzgün inkişafına xidmət edir – normaldır və lazımdır. Amma həddini aşdıqda, insanı məhvə apara bilər. /Deyerler.org/ Oxşar xəbərlər
|