Allah, İmam Hüseynə (ə) ağlayana əzab verməyə həya edər – Əhli-Beytin (ə) buyuruşları
İmam Sadiq (ə) buyurur: “Hər kim İmam Hüseynin (ə) qəbrini ziyarət etməyə getməz və xəyal edər ki, bizim davamçımızdır və bu halda ölərsə - o, bizdən deyildir. Əgər behişt əhli də olsa, behişt əhlinin qonaqlarından olar”.
İmam Kazım (ə) buyurur: “Mənim qəbrimdən torpaq götürüb, onda təbərrük axtarmayın. Çünki cəddim Hüseynin (ə) türbətindən başqa torpağı yemək bizə haram olmuşdur. Allah Təala ancaq Kərbəla türbətini Əhli-Beyt (ə) davamçıları və bizi sevənlər üçün şəfa qərar vermişdir”. İmam Sadiq (ə) başqa yerdə buyurur: “Allah hər kimin xeyrini istəyər – Hüseyn (ə) məhəbbətini və ziyarətini onun qəlbinə salar. Allah hər kimin pisliyini istəyər – Hüseyn (ə) qəzəbini və ziyarətinin qəzəbini onun qəlbinə salar”. İmam Sadiq (ə) buyurur: “Hər kim İmam Hüseyni (ə) Aşura günü ziyarət edərsə, behişt onun üçün vacib olar”. İmam Sadiq (ə) buyurur: “Bizim məzlumiyyətimizə qəmgin olan kəsin çəkdiyi nəfəs – zikr və təsbihdir”. İmam Sadiq (ə) buyurur: “Cəddimə ağlayan yerindən qalxmaz, məgər o halda ki, anasından doğulduğu gün kimi günahlarından pak olar”. Həzrət Zəhra (s.ə) buyurur: “Nə zaman Hüseynimə (ə) ağlayanlar behiştə daxil olarlar, mən də behiştə daxil olaram”. İmam Sadiq (ə) buyurur: “İmam Hüseyn (ə) daima zəvvarlarına, ona göz yaşı tökənlərə və əzasını saxlayanlara (rəhmət) nəzəri salar”. İmam Sadiq (ə) buyurur: “Allah, Hüseyn ibni Əliyə (ə) ağlayana əzab verməyə həya edər”. İmam Rza (ə) buyurur: “Hüseynə (ə) ağlayanlar kimi ağlayın ki, ona ağlamaq böyük günahları aradan aparar”. İmam Sadiq (ə) başqa yerdə buyurur: “Hər bir şey üçün savab müəyyən olmuşdur, məgər bizim üçün tökülən göz yaşlarından başqa”. Həzrət Peyğəmbər (s) buyurur: “Şübhəsiz ki, Hüseyn (ə) – behişt qapılarından biridir”. Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Hər kim onunla (Hüseynlə (ə)) inadlaşar, Allah behiştin iyini onun üçün haram edər”. Həzrət Rəsulallah (s) buyurur: “Hüseyn (ə) məndəndir və mən də Hüseyndənəm (ə). Hüseyni (ə) sevən – Allahın məhbubudur”. Həzrət Peyğəmbər (s) buyurur: “Yəqin olsun ki, Hüseyn ibni Əli (ə) səmada, yerdən daha ucadır”. /Deyerler.org/ Oxşar xəbərlər
|