İmam Əli (ə), qeybi elmi ilə bu şəxsi İmam Hüseynə (ə) qarşı müxaliflikdən çəkindirmişdi
Mьəllif: admin1
Tarix: 20-09-2019, 18:38
İmam Əli (ə), qeybi elmi ilə bu şəxsi İmam Hüseynə (ə) qarşı müxaliflikdən çəkindirmişdi
Kərbəla hadisəsinin ən alçaq şəxsiyyətlərindən biri Xalid ibni Urfuta idi. Tarix onun haqqında yazır: “O, Peyğəmbərin (s) səhabələrindən idi ki, onun haqqında hədis nəql etməmişdir”.

Səd ibni Əbi Vəqqas, Qadisiyyə müharibəsində onu ordunun başına qoyur və o Nəxliyə döyüşündə xəvarici öldürür. Kufədə sakin olur və orada özü üçün evlər inşa edir.

Suyəd ibni Ğəfələ nəql edir: “Bir nəfər Əmirəl-möminin (ə) yanına gəlir və deyir: “Ey Əmirəl-möminin! Mən Qura vadisindən keçən zaman Xalid ibni Urfutanı ölmüş halda gördüm. Onun üçün bağışlanma istəyək”.

İmam Əli (ə) buyurur: “Əl saxlayın, o, ölməmişdir. O günə qədər ölməyəcəkdir ki, yolunu azmış orduda ki, Həbib ibni Himaz bayraqdar olacaqdır, ona rəhbərlik edəcəkdir”.

Bir nəfər yerindən qalxdı və dedi: “Ey Əmirəl-möminin! Allaha and olsun ki, mən səni sevənlərdənəm”.

İmam (ə) soruşdu: “Sən kimsən?”.

Dedi: “Mən Həbib ibni Himazam”.

İmam (ə) buyurdu: “Məbada o bayrağı çiyninə alasan ki, mütləq çiyninə alacaqsan. Onunla bu qapıdan daxil olacaqsan”.

İmam (ə) mübarək əli ilə Fil qapısını göstərdi”.

O zaman ki, İmam Əli (ə) şəhid olur, o sağ idi. İmam Həsən (ə) şəhid olanda da sağ idi.

İmam Hüseynin (ə) zamanında İbni Ziyad, Ömər ibni Sədi İmam Hüseynə (ə) tərəf göndərir. Xalidi orduya rəhbər təyin edir və Həbibi onun bayraqdarı edir. Həbib həmin bayraqla Fil qapısından məscidə daxil olur…

İmam Hüseyn (ə) buyurur: “Alçaq və rəzil şəxslərlə dost olmaq – bəxtin pis olmasına səbəb olar. Günahkarla dost olmaq – şəkk və bədbinliyə səbəb olar”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031