İmam Rzanın (ə) köynəyi məddahın dadına belə çatdı
Mьəllif: admin1
Tarix: 2-10-2018, 14:31
İmam Rzanın (ə) köynəyi məddahın dadına belə çatdı
Əhli-Beytə (ə) aid şeir yazan şairlərdən biri də Dəbəl ibni Xuzayi idi. O, nəql edir: “O zaman ki, Əhli-Beyt (ə) haqqında məşhur qəsidəmi yazdım, qərara aldım ki, Xorasana gedim və onu İmam Rzaya (ə) oxuyum.

Xorasana gəldim və qəsidəni İmam (ə) üçün oxudum və İmam (ə) da bir neçə sətri qəsidəyə əlavə etdi ki, öz şəhadəti ilə bağlı idi. Mənə buyurdu ki, bu qəsidəni heç kəmə oxumayım. Mən də razı oldum.

Ancaq Məmun mənim gəlişimdən xəbər tutdu və məni sarayına çağırıb, məndən həmin qəsidəni oxumağımı istədi. Mən qəsidənin olduğunu inkar etdim.

Bu zaman İmamı (ə) saraya dəvət etdi və mənə dedi: “O, qəsidəni ki, Əli (ə) nəslinin tərifində yazmısan və İmamın (ə) yanında oxumusan, mənim üçün də oxu”.
Mən də çarəsiz qalıb onu oxudum və bu qəsidə onun çox xoşuna gəldi və xoşhallanıb, mənə hədiyyələr verdi. Hədiyyəsinin içində bir at da var idi.

İmam (ə) da mənə yüz dinar verdi və buyurdu ki, bu pula ehtiyacın olacaqdır. Mən İmamdan (ə) xahiş etdim ki, əyninə geyindiyi köynəklərdən birini mənə hədiyyə etsin ki, ölən zaman kəfənim olsun.

İmam (ə) razı oldu və bu köynəklərdən birini mənə verib, buyurdu: “Bu köynək səninlə birlikdə olsun ki, onun sayəsində bəladan amanda olacaqsan”.


Mən də bu hədiyyələri götürüb, yola düzəldim. Yolda bizi qarətçilər əhatə etdilər və əlimizdə olan hər şeyimizi aldılar.

Onların başçısı mənim şeirimi söyləyirdi. Mən çox təəccüblənib dedim: “Heç bilirsənmi ki, bu, kimin şeiridir?”.

Dedi: “Bəli, Dəbəlin”.

Mən dedim ki, Dəbəl mənəm.

O, inanmadı.

Mən dedim: “İnanmırsansa, karvan əhlindən soruş”.

O, karvan əhlindən soruşanda hamısı şəhadət verdi ki, mən Dəbələm. Bu zaman quldur təsirləndi və qarət etdiyi bütün malları mənə görə sahiblərinə qaytardı. Mən başa düşdüm ki, bütün bunlar İmamın (ə) mənə verdiyi köynəyin bərəkətinə görədir.

Quldurların əlindən xilas olandan sonra, Qum şəhərinə getdim. Quma çatan zaman insanlar məni qarşılamağa gəlmişdilər. Məndən həmin qəsidəni onlar üçün oxumağımı istədilər. Mən də qəbul edib, məscidə getdim və orada qəsidəmi oxudum. İnsanlar mənə çoxlu hədiyyə və pul verdilər.

O zaman ki, İmamın (ə) köynəyindən xəbərdar oldular, məndən istədilər ki, onu hər qiymətə olursa-olsun, onlara satım. Ancaq mən qəbul etmədim”.

Dəbəl evinə yola düşür. Görür ki, oğrular evini qarət etmişdir. O, İmamın (ə) sözlərini xatırladı ki, ona yüz dinar verəndə bu hadisəyə işarə etmişdi. Xanımını xəstə gördü. Onun gözündən su axırdı. Həkimlər onu müalicə etməkdən çarəsiz qalmışdılar.

O, İmamın (ə) köynəyinin bir hissəsini xanımının gözünə bağladı və səhər yuxudan ayılan zaman gördülər ki, xanımı şəfa tapmışdır.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031