Həzrət Zəkəriyyə (ə) Aşura hadisəsi ilə necə tanış olur?
Mьəllif: admin1
Tarix: 3-08-2022, 22:50
Həzrət Zəkəriyyə (ə) Aşura hadisəsi ilə necə tanış olur?
کهیعص - “Məryəm” surəsinin hərflərindəndir ki, qeyb xəbərinə işarə edir və Allah bu xəbəri bəndəsi Həzrət Zəkəriyyəyə (ə) təlim verir.

Belə ki, Həzrət Zəkəriyyə (ə) Allahdan istəyir ki, Ali-Əbanın adlarını ona təlim versin. Cəbrayil (ə) bu adları öyrətmək üçün nazil olur.

Zəkəriyyə (ə) nə zaman Həzrət Muhəmmədin (s), Həzrət Əlinin (ə), Həzrət Fatimənin (s.ə), Həzrət Həsənin (ə) adlarını çəkərdi, qəm və qüssəsi aradan gedərdi. Ancaq nə zaman İmam Hüseynin (ə) adını çəkərdi, qəhər onu basardı.

Bir gün Zəkəriyyə (ə) bununla bağlı Allaha buyurur: “Allahım! Nə üçün mən o dörd nəfərin adını çəkən zaman qəm və qüssəm aradan gedir, ancaq o zaman ki, İmam Hüseynin (ə) adını çəkirəm, gözlərim yaşla dolur?”.

Allah Təala da İmam Hüseynin (ə) başına gələcəklərini ona şərh edir. Uca Allah buyurur ki, K – yəni, İmam Hüseynin (ə) Kərbəlası. H – yəni, həlakət. Y – yəni, Yezid (lən). Ə – yəni, İmam Hüseynin (ə) ətşi (susuzluğu). S – yəni, səbir mənasındadır.

Bu macəradan sonra Həzrət Zəkəriyyə (ə) çox təsirlənir. Üç gün məsciddən çıxmır və o günləri heç kimə icazə vermir ki, məscidə daxil olsun. Ağlamaq və nalə çəkməklə məşğul olur.

Sonra Allaha belə dua edir: “Allahım, mənə elə oğul ver ki, bu qoca vaxtımda gözlərim onunla aydın olsun. O zaman ki, bu oğlan uşağını mənə əta etdin, məni onun sevgisinin aşiqi et. Sonra məni onun müsibətinə düçar et, necə ki, həbibin Həzrət Muhəmmədi (s) oğlu ilə bağlı müsibətə düçar edəcəksən”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031