Böyük günahları tanımaq üçün İmam Sadiqdən (ə) meyar
Əhli-təsənnünün 90 yaşlı bir alimi İmam Sadiqin (ə) yanına gəlir və deyir: “Ya ibni Rəsullah! Mən “Nisa” surəsində olan bir ayəni başa düşmürəm ki, buyurur:
“Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz sizin kiçik günahlarınızı silər və sizi şərəfli bir yerə daxil edərik. (Günahların böyük və kiçik adlandırmaları – onların fərdi və ya ictimai fəsadlarına görədir. Amma əslində Allaha itaətsizlik olması baxımından götürüldükdə bütün günahlar böyükdür)”. (“Nisa” 31). Həzrət Sadiq (ə) buyurur: “Ayənin hansı yerini başa düşmürsən?”. Deyir: “Kəbayiri. Kəbayir – kəbirə günahlardır və onlar hansılardır?” Həzrət (ə) buyurur: “Quranın əvvəlindən axırına qədər Allahın adını çəkdiyi hər bir günah və onlara ki, əzab vədəsi verilmişdir – onlar kəbirə günahlardır. O cümlədən: zülm, sələm, ata və ananı özündən narazı etmək. Ağvalideyn olmağın əzabı vardır. Yalandan and vermək, simiclik, insan öldürmək, övladını hələ ana bətnində olan zaman öldürmək – (bütün bunların) əzabı vardır”. Beləliklə, İmam Cəfər Sadiq (ə) böyük günahları tanımağın universal metodunu bəşəriyyətə təqdim etmişdir. /Deyerler.org/ Oxşar xəbərlər
|