İmam Əli (ə): “Kim Allahı tanıdısa tənha qaldı. Kim camaatı tanıdısa, tənhalığı seçdi”
İmam Əli (ə) özünü tanıma və Allahı dərk etmək haqda bunları buyurub:
“Özünüdərk ən faydalı tanımadır.”[1] “Özünü dərk etməyə nail olmuş şəxs ən böyük qələbəni qazanmışdır.”[2] “Özünü tanımayan kimsə başqasını necə tanıyacaq?”[3] “Kim nəfsini tanıdısa, onunla cihada qalxdı, kim onu tanımadısa, özbaşına buraxdı.” [4] “Hər kim Allahı tanıdısa tənha qaldı. Hər kim ki, özünü tanıdı başqalarından ayrıldı. Kim dünyanı tanıdısa, ondan qəlbini üzdü. Hər kim camaatı tanıdısa, tənhalığı seçdi.” [5] “Özlərini ən yaxşı tanıyan insanlar Allahdan ən çox qorxanlardır.”[6] “Özünü tanıyan, Allahını da tanıdı.”[7] “Kimsə öz nəfsinin şərafətini başa düşsə, onu dünyanın çirkabından təmiz saxlamağa layiqdir.”[8] “Özünü tanıyan kimsə qənaəti və iffəti gözləməyə layiqdir.”[9] “Özünü tanıyan kimsə hüzn və kədərdən ayrılmamağa layiqdir.”[10] İmam Səccad (ə) dualarının birində buyurub: “Bizi özünü tanıyanlardan, öz yerlərindən əmin olanlardan və buna görə də ömürlərini sənə ibadətdə keçirənlərdən et.”[11] İmam Baqir (ə) Cabir Coəfiyə tövsiyyələrində buyurarmış: “Heç bir tanıma öz nəfsini bilib tanımağın qədər ola bilməz.”[12] [1] Ğurərul-Hikəm, hədis 9865. [2] Ğurərul-Hikəm, hədis 6965. [3] Ğurərul-Hikəm, hədis 6998. [4] Ğurərul-Hikəm, hədis (7855+7856). [5] Ğurərul-Hikəm, hədis (7829+7832) [6] Ğurərul-Hikəm, hədis 3126. [7] Ğurərul-Hikəm, hədis 7946. [8] Ğurərul-Hikəm, hədis 10930. [9] Ğurərul-Hikəm, hədis 10927. [10] Ğurərul-Hikəm, hədis 10937. [11] Biharul-Ənvar, c.94, səh.128, hədis19. [12] Tuhəful-Uqul, səh.268. (ahliman.info) Oxşar xəbərlər
|