İnsanı bəladan qoruyan bir sədəqə
Əmirəl-möminin (ə) Həzrət Peyğəmbərin (s) dilindən nəql edir ki, buyurmuşdur: “Sizdən hacət istəyən kəsin sözünü kəsməyin. Qoyun şikayətini bəyan etsin və öz halından sizə xəbər versin”.
Həzrət Peyğəmbər (s) Əbuzərə buyurur: “O zaman ki, sizdən kimsə hacətini istəyər və ya sualını verər, onun sözünü kəsməyin. Bu, mənim və sənin bəlaya düçar olmağımıza səbəb olar”. Həzrət Rəsuli-Əkrəm (s) buyurur ki, o kəsin ki, sənə hacəti vardır və ya sənə şikayət etmək istəyir, qoy sözünü axıra qədər desin. Heç olmasa, ən azı ürəyi rahat olacaq və ürəyindən olanları dilinə gətirəcəkdir. Onların sözlərinə axıra qədər qulaq asmaq onlara rahatlıq hiss verər və özlərini əmin hiss edərlər. Bəzən elə olur ki, bu cür insanların sözlərinə qulaq asmaq onlar üçün hacətlərini yerinə yetirməkdən daha əhəmiyyətli olur və sizə görə başqa hacətləri olmur. Həzrət Rəsulallah (s), bu yolla bizə insanlarla necə rəftar etməyimizin yollarını öyrədir və bizi səbirli olmağa dəvət edir. Əmirəl-möminin (ə) Peyğəmbərdən (s) nəql edir ki, Həzrət (s) Əbuzərə buyurur: “İnsanlara əziyyət verməyini azalt. İnsanlara əziyyət vermə. Əziyyət verməyin növləri vardır: dillə, əməllə, ehtiramsızlıq edərək – insanlara əziyyətini azalt. Bunun özü də bir cür sədəqədir”. Sədəqə ancaq o deyildir ki, pul çıxardıb verəsən. İnsanlara əgər əziyyət vermirsənsə, bunun özü də bir sədəqədir. Elə bir sədəqə ki, onun üçün nəfsindən verirsən. Bu sədəqə də səni bir çox bəlalardan qoruyar. İmam Hüseyn (ə) buyurur: “Diqqət edin ki, insanların sizə ehtiyaclı olması və müraciət etməsi – İlahi nemətlərdəndir. Ona görə də bu nemətlərə qarşı üz çevirməyin. Əks halda bəla və müsibətə düçar olarsınız”. /Deyerler.org/ Oxşar xəbərlər
|