Hansı halda müsəlmanlar ən üstün ümmət sayılacaq?
Mьəllif: admin1
Tarix: 7-10-2018, 20:19
Hansı halda müsəlmanlar ən üstün ümmət sayılacaq?
Əmr-be-məruf və nəhy-əz-munkər İslam dininin vacibatlarından biridir ki, hər bir müsəlman onu yerinə yetirməlidir.

Bu vacibatı bizə Quran bəyan etmiş və Məsum İmamlarımızdan (ə) gələn hədislər tanıtmışdır. Tarixdə də onun bir çox nümunələrini görmüşük ki, onlardan ən təsirlisi Aşura hadisəsi olmuşdur. Aşura hadisəsi başdan-başa əmr-be-məruf və nəhy-əz-munkər məktəbi olmuşdur.

Allah Təala Qurani-Kərimdə millətlərin bədbəxt olmasının səbəblərindən birini də cəmiyyətdə məhz bu vacibatın yerinə yetirilməməsində görür və buyurur: “Bəs nə üçün sizdən qabaqkı insan cəmiyyətlərindən (məsələn Nuhun, Hudun, Salehin və Lutun qövmlərindən) – onların xilas etdiyimiz az bir qismindən (peyğəmbərlər və onların ardıcıllarından) başqa (insanları) yer üzündə fəsad törətməkdən çəkindirən ağıl və düşüncə sahibləri olmadı (ki, onlar da o cür əzaba düçar olmayaydılar)? Zülm edənlər öz keflərini və eyş-işrətlərini davam etdirdilər və onların hamısı günahkar idilər. (Buna görə də tarix boyu bəşəriyyətin əksəriyyətinin yoldan çıxması təəccüblü və təəssüf doğurandır)”. (“Hud” 116).

Başqa qövm haqqında buyurur: “Onlar etdikləri heç bir çirkin işdən əl çəkmir (və bir-birlərini çəkindirmir)dilər. Doğrudan da onların gördükləri iş çox pis idi”. (“Maidə” 79).

Allah Təala müsəlmanlara xitab edərək buyurur: “Gərək sizdən (aranızda) (insanları) xeyir işə dəvət edən, yaxşı işə buyuran və pisliklərdən çəkindirən bir dəstə olsun. Məhz onlardır nicat tapanlar!”. (“Ali-İmran” 104).

Allah müsəlmanlardan istəyir ki, bu vacibatı layiqincə yerinə yetirsinlər ki, cəmiyyətdə əmin-amanlıq hökm sürsün. Çünki bu vacibat ümumi vəzifədir. Bu vacibat bütün müsəlmanlara şamil olur və heç kəs ondan istisna deyildir.

Müsəlmanlara xəbərdarlıq olsun deyə, sonrakı ayədə buyurur: “(Yəhudi və xristianların) parçalanan və aşkar dəlillər gəldikdən sonra ixtilafa düçar olan kəslər(i) kimi olmayın. Onlar üçün böyük bir əzab vardır”. (“Ali-İmran” 105).

Qurani-Kərim buyurur ki, əgər vəhdətdə olsanız, heç bir təfriqə sizə təsir qoymayacaqdır. “Və hamılıqla Allahın ipindən (dindən, kitabdan və vəhyi gətirənlərdən) möhkəm yapışın və parçalanmayın. Allahın sizin barənizdə bir-birinizlə düşmən ikən qəlbləriniz arasında ülfət yaratdığı zamandakı nemətini xatırlayın ki, Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Həmçinin siz od uçurumunun astanasında idiniz, sizi ondan xilas etdi. Allah Öz (tövhid, qüdrət və hikmət) nişanələrini sizin üçün bu cür bəyan edir ki, bəlkə hidayət olasınız”. (“Ali-İmran” 103).

Qurani-Kərimin başqa ayəsində buyurulur: “Siz (müsəlmanlar), (Allah tərəfindən dünyanın) insanlar(ın)a zahir olmuş ən yaxşı ümmətsiniz, bəyənilən işə əmr edir və çirkin işdən çəkindirirsiniz və Allaha (nazil etdiyi şeylərdə) iman gətirirsiniz. Əgər kitab əhli də iman gətirsəydi, əlbəttə onlar üçün daha yaxşı olardı. Onların bəzisi mömin və çoxu (isə) itaətsizdirlər”. (“Ali-İmran” 110).

Allah-taala bu ayədə vurğulayır ki, siz əmr-be-məruf və nəhy-əz-munkər etdiyiniz üçün ən yaxşı ümmət hesab olunursunuz. Ona görə də deyə bilərik ki, hər kim bu vacibatı yerinə yetirməz, onun dini kamil olmaz.

Çünki ən mühüm vacibatlardan birini tərk etmiş olar.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031