Cinlərin başçısının İmam Əlinin (ə) xidmətinə gəlməsi
İmam Baqir (ə) öz məclislərinin birində Cabirə, İmam Əlinin (ə) xidmətinə gələn cindən xəbər vermişdir. Həzrət (ə) buyurur: “Bir gün Əmirəl-möminin (ə) minbər başında idi.
Məscidin qapılarından birindən içəri əjdaha girir. İnsanlar hay-küyə etməyə başladılar. İmamın (ə) işarəsi ilə səslərini kəsdilər. Onu öldürməkdən əl saxladılar. O, hamının gözü qarşısında minbərə yaxınlaşdı və başını yuxarı qaldırıb, İmama (ə) salam verdi. Həzrət (ə) insanlara işarə etdi ki, əyləşsinlər və o, xitbəsini sona çatdırsın. Xütbəsini qurtarandan sonra bu əjdahaya diqqət edib, buyurdu: “Sən kimsən?”. Dedi: “Mən – Əmr ibni Osmanam. Cin tayfasının böyüyüyəm. Atam dünyasını dəyişmişdir və məndən istəmişdir ki, sizin xidmətinizə gəlim. Sizin əmrinizə tabe olum. İndi gəlmişəm ki, sizə itaət edib, əmrlərinizi yerinə yetirim”. Həzrət (ə) buyurur: “Sənə Allahın təqvasını tövsiyə edirəm. Cinlərin arasında atanın yerinə ol. Sən öz tayfana mənim adımdan xəlifəlik et”. O, ədəblə İmamla (ə) xüdahafizləşir və öz qövmünün yanına geri qayıdır. Bu macəranın nəqlindən sonra, Cabir, İmam Baqirdən (ə) soruşur: “Qurbanın olum, bu Əmr sizin də xidmətinizə gəlirmi?”. İmam (ə) buyurur: “Bəli!”. /Deyerler.org/ Oxşar xəbərlər
|