Şəhid hansı əlamətinə görə bu cür sayılır?
Mьəllif: admin1
Tarix: 9-10-2018, 19:58
Şəhid hansı əlamətinə görə bu cür sayılır?
Ölən insanların əksər hissəsi müxtəlif səbəblərdən dünyalarını dəyişmişdilər. Bəziləri xəstəlikdən, bəziləri təsadüfü hadisələrdən, bəziləri də ani ölümdən.

Ən üstün ölüm hesab olunan şəhidliyə çatanlar isə o kəslərdir ki, imana malik olub, ancaq Allah yolunda canlarını fəda etmişdilər. Başqa qəsdləri olmamışdır. Onlar dünyanın maddi nemətlərinə göz yumaraq, Allah yolunda düşmənlə mübarizə aparmış və bu yolda ən dəyərli sərmayələri olan canlarını vermişdilər.

Ona görə də Quran ayələri bizə bəyan edir ki, döyüşdə ölən hər bir insanı şəhid hesab etmək olmaz. Yalnız o insan şəhiddir ki, imanı olsun və niyyətində ancaq Allah rizası olsun.

“Həqiqətən Allah möminlərin canlarını və mallarını onlardan, Cənnətin onların olması bahasına alıb. (Bu malın verilmək tərzi belədir ki, onlar) Allah yolunda vuruşurlar, beləliklə, öldürürlər və öldürülürlər (və öz mallarından Allah yolunda xərcləyirlər).

(Bu alver) Onun öhdəsində olan – (Onun əzəli elmindən başqa, həm də Lövhi-Məhfuzda qeyd olunmuş və alver sənədi kimi) Tövrat, İncil və Qur’anda (yazılmış) haqq bir vəddir. Allahdan başqa kim öz əhdinə daha vəfalıdır?! Buna görə də etdiyiniz bu alverə şad olun. Budur böyük uğur və qurtuluş!”. (“Tövbə” 111).

Şəhadət dərəcəsindən daha aşağı dərəcələrə isə o kəslər daxildir ki, canını, malını, abrını, vətənini qorumaq üçün müqavimət göstərmiş və bu yolda öldürülmüşdür. Bu insanın məqamı çox yüksəkdir, amma həqiqi şəhidlərin məqamından bir dərəcə aşağıdadır.

Bəzən insanlar düşmənlərin hücumu zamanı, misal üçün bomba atılan zaman dünyasını dəyişirlər. Bu insanlar şəhid adını alsalar da, onlar həqiqi şəhid hesab olunmurlar.

Onlar o ölülərə aiddirlər ki, başqa möminlər kimi, misal üçün yol qəzasında, sel və ya zəlzələ zamanı vəfat etmişdilər. Şübhəsiz ki, Allahın rəhməti onlara da şamil olar.

Həqiqi şəhidlər o kəslərdir ki, heç bir çətinlikdən qorxmadan, Allaha tərəf tələsərlər. Onların tək arzusu – Allah yolunda düşmənə qalib gəlməkdir.

Ona görə də deyə bilərik ki, qanı tökülən hər bir insan şəhid hesab oluna bilməz. Bu insanların ilk növbədə imanları kamil olmalıdır və niyyətləri xalis olmalıdır. Ondan sonra özləri öz iradələri ilə mübarizə meydanına atılar və Allahın razılığını əldə edə biləcək əməlləri etməyə çalışarlar.

Ancaq şəhidin hədəfi ölmək olmamalıdır. Onun əsil hədəfi – Allah düşməninə qalib gəlmək olmalıdır.

Bu səbəbdəndir ki, bəzən təbii ölümlə vəfat edən möminləri də şəhid adlandırırlar – niyyətlərinə görə.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930