QAZİ HÖKMÜNÜ GERİ GÖTÜRDÜ...
Mьəllif: admin1
Tarix: 11-10-2018, 23:56
QAZİ HÖKMÜNÜ GERİ GÖTÜRDÜ...
Allah-Taala Davud peyğəmbərə Süleyman adlı bir övlad əta edir. Süleyman atasının yanında böyüyüb boya-başa çatır. Ata övladına gözəl əxlaq və Allaha bəndəçilik yolunu öyrədir.

Süleyman yeniyetmə yaşına çatır. O, ağıllı, zəkalı və imanlı olur. Allah-Taala Süleymanın üstünlüyünü göstərmək istəyir. İnsanlara çatdırmaq istəyir ki, o, atası Davud peyğəmbərin varisidir.

Bir gecə camaat yuxuda ikən, bir qoyun sürüsü tövlədən çıxıb, üzüm tarlasına tərəf yola düşür. Qoyunlar üzüm salxımlarını yeyib, əkin sahələrini dağıdır.

Səhər tezdən əkinçi – tarla sahibi yuxudan oyanıb, öz üzüm bağına tərəf gedərkən qoyunlar hələ tarladaydılar. Kişi əzəbiləşir. Qoyunların sahibini tapıb tarlasına ziyan dəydiyi üçün onu ittiham edir. Bununla da, onların arasında qarşıdurma yaranır. Qoyunların sahibi deyir:

–Peyğəmbərin yanına gedərik və ondan bizim aramızda hökm etməsini istəyərik.

Tarla sahibi yolda qoyunların sahibinə dedi:

–Sən öz qoyunlarını saxlamalısan ki, istədikləri yerə gedib otlamasınlar.

Qoyunların sahibi dedi:

–Sən də gərək öz tarlanı qoruyasan.

Tarla sahibi dedi:

–Mən yalnız gündüzlər tarlanı qoruya bilirəm. Amma gecələr heç kəs qoyunlarını otlağa aparmır.

O anda Davudun sarayına çatdılar. Peyğəmbər camaat arasında qəzavət və hakimlik üçün oturmuşdu.

Üzüm bağının sahibi macəranı Davud peyğəmbərə danışır. Davud macəraya qulaq asdıqdan və macəra təsdiq olunduqdan sonra, bu məsələ barəsində öz hökmünü bəyan edib buyurur:

–Üzüm bağına dəyən ziyanı hesablayın və ziyan qədərində öz qoyunlarınızdan tarla sahibinə ödəyin. Çünki qoyunlarınız əkin tarlasına ziyan vurmuşlar.

Allah-Taala Davud oğlu Süleymanın elm və biliyini aşkar edib, onu insanlara peyğəmbərin varisi kimi tanıtdırmaq istəyir. Ona görə də, Süleymanın qəlbinə yeni bir hökm ilham edir. Süleyman atasına deyir:

–Atacan, ey Allahın peyğəmbəri! Sizin hökmünüz doğrudur, amma bir incə və zərif hökm də var.

Davud peyğəmbər soruşur:

–Oğlum! Nə hökm? De görüm!

Süleyman deyir:

–Qoyunların sahibi tarlaya ziyan vurub. Buna görə o, tarla sahibinin ziyanını ödəməlidir. Lakin zərər-ziyanı iki cür təyin etmək olar: ya tarla sahibinə elə ziyan qədərində qoyunların özündən ödənilsin, ya da qoyunların südü, pendiri, yağı, yunu və balaları kimi mənfəətindən.

–Oğlum! Səncə hansı daha münasibdir?

–Məncə ziyanı mənfəətdən ödəmək daha münasibdir.

–Oğlum! Nə üçün?

–Çünki hər ikisinin həm sərmayəsi var, həm mənfəəti. Burada ziyan sərmayəyə (torpağa, sahəyə) yox, mənfəətə (əkinə, məhsula) dəydiyindən, yaxşı olar ki, elə ziyan da mənfəətdən ödənilsin.

Bundan sonra Süleyman (ə) üzünü tarla sahibinə tutub soruşur:

–Sənin sərməyən nədir?

–Mənim sərmayəm sahəmdir, onun mənfəəti isə əldə etdiyim məhsuldur.

–Sən necə, qoyunların sahibi?

–Mənim də sərmayəm qoyunlarımdır, onların mənfəəti isə yunu, südü, yağı, pendiri və balalarıdır.

Süleyman (ə) üzünü tarla sahibinə tutub soruşur:

–Sənin sahənə, başqa sözlə torpağına ziyan dəyib, ya onun mənfəətinə?

–Əlbəttə ki, torpaq öz yerindədir, mənfəət və əkinimə ziyan dəyib.

Beləliklə, qoyunların sahibi tarla sahibinə vurduğu ziyanı qoyunlarından əldə etdiyi mənfəətdən ödəməli olur.

Davud Süleymanın hökmünə sevinir və başa düşür ki, Allah-Taala Süleymanın elm və biliyini insanlara bəyan etmək və anlatmaq istəyir ki, o, Davudun varisi və canişinidir. Ona görə də, Davud, Süleymanın hökmünü icra edir.

Tarla sahibi qoyunları müvəqqəti olaraq onların sahibindən alır və onların yunundan, südündən, yağındından, pendirindən və balalarından istifadə edir. Qoyunların sahibi də tarlanı təhvil alır ki, qoyunlarının əkin sahəsinə vurduğu ziyanı düzəltsin. (“Nurus-səqəleyn“,“Ənbiya“ surəsinin 78-79-cu ayələrinin təfsiri.)

Qeyd edək ki, Allah-Taala Qurani-Kərimin “Ənbiya“ surəsinin 78-79-cu ayələrində bu macəraya işarə edərək belə buyurur:

وَدَاوُودَ وَسُلَيْمَانَ إِذْ يَحْكُمَانِ فِي الْحَرْثِ إِذْ نَفَشَتْ فِيهِ غَنَمُ الْقَوْمِ وَكُنَّا لِحُكْمِهِمْ شَاهِدِينَ. فَفَهَّمْنَاهَا سُلَيْمَانَ وَكُلًّا آتَيْنَا حُكْمًا وَعِلْمًا

“(Ya Rəsulum!) Davudu və Süleymanı da (yad et)! O zaman ki, onlar bir tayfanın qoyunlarının girib xarab etdiyi bir əkin sahəsi haqqında hökm verirdilər və Biz də onların hökmünə şahid idik. Biz onu (məsələnin hökmünü) dərhal Süleymana anlatdıq. Və onların hər birinə hökm (və elm verdik...“


Hazırladı: Maide.Az
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031