Quran haqq və batili ayırd edəndir
Mьəllif: admin1
Tarix: 13-10-2018, 10:39
Quran haqq və batili ayırd edəndir
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ تَبَارَكَ الَّذِي نَزَّلَ الْفُرْقَانَ عَلَىٰ عَبْدِهِ لِيَكُونَ لِلْعَالَمِينَ نَذِيرًا

"Aləmləri xəbərdar etməsindən ötrü Öz quluna Furqanı (Quranı) nazil edən (Allah) necə də xeyirxahdır!" (Furqan, 1).

İzah: Quranın adlarından biri “Furqan”dır. Furqan haqq və batili ayıran deməkdir. Quran həqiqətin xüsusiyyətlərini bəyan etməklə və həqiqət əhlini vəsf etməklə hamının bəhanəsini kəsmişdir. Qeyd edək ki, “لِلْعَالَمِينَ” (lil-aləmin) ifadəsi Quranın dəvətinin cahanşümul olmasını və bu müqəddəs kitabın dövrlərin fövqündə olmasını göstərir.

Hədis: İmam Əli (ə): Allah rəsulunun (s) belə dediyini eşitdim: “Cəbrayıl mənim yanıma gəldi və bildirdi ki, sənin ümmətin böyük bir fitnəyə düçar olacaq”. “Ondan çıxış yolu nədir?” – deyə soruşdum. “Allahın kitabı” – deyə cavab verdi”. (Təfsiri-Əyyaşi, c. 1, səh. 3, hədis: 2).
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031