Aşura – hər gün və hər yerdə olan qiyamdır
Mьəllif: admin1
Tarix: 13-10-2018, 13:04
Aşura – hər gün və hər yerdə olan qiyamdır
Ziyarət – İmamları (ə) tanımağın ən yaxşı yoludur. Ona görə də Ərbəin ziyarəti İmam Hüseyni (ə) və onun İlahi hədəflərini tanımaq üçün ən mühüm ziyarət hesab olunur.

Hədislərimizin buyurduğu kimi, İmam Hüseyn (ə) – insanları qaranlıqdan nura çıxardan gəmidir və hər kim bu gəmiyə minər – nicat tapar. Hər kim ondan geri qalar – həlak olar.

Rəhmətlik İmam (r) böyük əhəmiyyətə malik olan Ərbəin yürüşü barəsində buyurmuşdur: “”Hər gün Aşura və hər yer Kərbəla” şüarı gərək İslam ümmətinin əsil şüarı olsun. Aşura – hər gün və hər yerdə olan qiyamdır.

Saylarının az olmasına baxmayaraq, böyük eşq və imanla zalımın qarşısına çıxmış və müqavimət göstərmişdilər. Ona görə də bu şüar hər bir müsəlmanın həyat devizinə çevrilməlidir. Bizim keçirdiyimiz o günlər – təkrar olan Aşura idi.

Meydanlar, küçələr, dağlar İslam övladlarının qanına bürünmüşdü. Aşura bizə göstəriş verir ki, sayın az olsa da, əlində qılınc olmasa da gərək zalıma qarşı çıxasan və ona müqavimət göstərəsən. Bizim şəhidlər də Aşura şəhidləri kimi əzizdirlər. Şəhadət – qələbə rəmzidir.

Kərbəla, zalımların sarayını öz qanı ilə yıxıb yox etdi. Əslində Kərbəla, şeytanın (lən) sarayını məhv etdi. …”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031