Ayətullahul-üzma Xamenei: “Bizim hər nəyimiz varsa, Məhərrəmə görə vardır…”
Mьəllif: admin1
Tarix: 16-10-2018, 11:46
Ayətullahul-üzma Xamenei: “Bizim hər nəyimiz varsa, Məhərrəmə görə vardır…”
Ali dini rəhbər ayətullahul-üzma Seyid Əli Xamenei cənabları İmam Hüseyn (ə) müsibətinə və Ərbəin ziyarətinə işarə edərək, buyurmuşdur: “İstəyirəm ki, bir cümlə də müsibətdən deyim. Seyyidüş-şühədanın (ə) Ərbəin günü ilə bağlı dünyanın hər yerində olan müsəlmanlar onun qəbri ətrafında toplaşarlar.

Onun qəbri üstündə toplaşmağımız Ərbəin günündə baş verir. Ərbəin günündə və ondan sonrakı acı günlərdə Əba Abdullahın (ə) ilk zəvvarı Cabir ibni Abdullah olmuşdur. O birisi isə Əmirəl-mömininin (ə) səhabəsi olan Ətiyə ibni Səəd olmuşdur.

Cabir Peyğəmbərin (s) səhabəsi idi və Bədr döyüşündə iştirak etmişdi. O günü isə ömründən ən azı 60-70 il keçmişdi və qoca kişi idi. Əgər Bədr döyüşündə olubdursa, yaşı 70-dən çox olmalıdır. Ancaq Ətiyə Əmirəl-möminin (ə) səhabəsi olduğu üçün ondan daha cavan idi. O, İmam Baqirin (ə) zamanına qədər yaşamışdır.

Ətiyə nəql edir: “O zaman ki, ora çatdıq və qəbrinin üstünə getmək istədik, bu qoca mənə dedi ki, gərək birinci Fərat çayına gedək və qüsl alaq. Fərata gəldik və qüsl aldıq.

Sonra qətifəni belinə bağladı və o birisini çiyninə atdı. Allah evini ziyarət edən kəs kimi oldu. Bu halda İmamın (ə) qəbrinə tərəf getdi. O, zahirdə kor idi. Ona görə də birlikdə getdik və qəbrə yaxınlaşan zaman qəbrə toxunub onu tanıdı.

Hissləri cuşa gəldi. Bu qoca İmam Hüseyni (ə) dəfələrlə Peyğəmbərin (s) qucağında görmüşdü və üç dəfə yüksək səslə dedi: “Ya Hüseyn! Ya Hüseyn! Ya Hüseyn!...”.

Sonra bu ayəni qiraət etdi: “Zülm edənlər tezliklə biləcəklər ki, necə bir dönüş yerinə qaytarılacaqlar”. (“Şüəra” 227)”.

Məhərrəm və Səfər ayları – İslam məktəbinin bərəkətləri aylarıdır. İslamın ayaqda qaldığı aylardır. Bizim hər nəyimiz varsa, Məhərrəmə görə vardır. Bu məclisdə təbliğ etməyimiz də Məhərrəmə görədir. Bu, Məhərrəm və Səfər ayıdır ki, İslamı ayaqda saxlamışdır.

Seyyidüş-şühədanın (ə) fədakarlığıdır ki, İslamı bizim üçün diri saxlamışdır. Ona görə də Məhərrəm və Səfər aylarını Əhli-Beytin (ə) müsibətini zikr edərək ayaqda saxlamalıyıq”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031