İmam Hüseynin (ə) hərəmini ziyarət etməyin bərəkətləri
Mьəllif: admin1
Tarix: 17-10-2018, 14:03
İmam Hüseynin (ə) hərəmini ziyarət etməyin bərəkətləri
İmam Hüseyn (ə) Seyyidüş-şühədadır və onun hərəmini ziyarət etmək çox böyük savab və bərəkətə malikdir.

Ona görə də qalan Məsum İmamlar (ə) öz davamçılarını davamlı olaraq İmam Hüseyni (ə) ziyarət etməyə təşviq etmiş və bu ziyarətin bərəkətlərindən bəhs etmişdilər.

Bu müqəddəs məkanı ziyarət etməyin gətirdiyi bərəkətlər ilə tanış olaq:

1. İnsana güc verər. Hər kim bu hərəmi ziyarət edər, İmamın (ə) çəkdiyi o əziyyət və zülmləri gözünü qarşısında canlandırar, istər-istəməz ruhiyyəsi dəyişər və imanına təsir qoyar. Onda şəhadət ruhiyyəsi artar və zülmlə mübarizə etmək üçün özünü məcbur bilər.

2. İlahi mələklərin nazil olduğu məkandır. İmam Sadiq (ə) buyurur: “İmam Hüseyn (ə) qəbri ilə səma arasındakı yer – İlahi mələklərin gəlib-getdiyi ərazidir”.

Başqa yerdə buyurur: “O, behişt bağlarındandır. Mələklərin səmaya qalxdığı yerdir. Elə bir yaxın mələk və mursəl peyğəmbər (ə) yoxdur ki, Allahdan onu ziyarət etməsini istəməsin. Ona görə də bir dəstə enən zaman, bir dəstə göyə qalxar”.

3. Namaz qəbul olar. Əgər zəvvar İmamı (ə) tanıyan halda, ixlasla İmamı (ə) ziyarət edərsə və namaz qılarsa – Allah Təala tərəfindən qəbul olar. İmam Sadiq (ə) bu haqda buyurur: “Allah Təala namazının əcrini, onun qəbul olunmasında qərar vermişdir”.

4. Namaz bütov qılınar. İmam Sadiq (ə) buyurur: “Namaz dörd məkanda bütov qılınar:

1. Məscidul-Həramda.

2. Məscidul-Rəsulda (s).

3. Kufə məscidində.

4. İmam Hüseynin (ə) hərəmində”.

5. Hacət və dualar yerinə yetər. İmam Sadiq (ə) buyurur: “Hər kim İmam Hüseynin (ə) qəbrinin kənarında iki rükət namaz qılar, Allahdan bir şey istəməz, məgər o halda ki, ona əta olunar”.

Həzrət Sadiq (ə) başqa yerdə buyurur: “Allah, İmam Hüseynin (ə) qətl olunmasının əvəzində imaməti – onun zürrəsində, şəfanı – türbətində, hərəminin kənarında edilən duaları – qəbul olunmuşlardan qərar vermişdir. Ziyarət edənlərin zamanı ömürlərindən hesab olunmaz”.
(İslami saytlara istinadən)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031