Bu surəni ayda bir dəfə oxuyanın Qiyamətdə dərdi olmaz
Mьəllif: admin1
Tarix: 7-10-2022, 10:55
Bu surəni ayda bir dəfə oxuyanın Qiyamətdə dərdi olmaz
“Əraf” surəsi Quranın yeddinci surəsinin adıdır ki, Məkkədə nazil olmuşdur və 206 ayəsi vardır.

Bu surənin fəziləti ilə bağlı Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Əraf” surəsini qiraət edərsə, Allah onunla İblis arasına pərdə çəkər ki, İblisin şərindən amanda qalsın. O kəslərin zümrəsindən olar ki, Həzrət Adəm (ə) behiştdə onu ziyarət edər, bütün yəhudilər və xristianların sayı qədər behiştdə ona dərəcə verilər”.

İmam Sadiq (ə) “Əraf” surəsi haqqında buyurur: “Hər kim bu surəni hər ay bir dəfə oxuyarsa, Qiyamət günü o kəslərdən olar ki, heç bir qorxusu, heç bir qəmi yoxdur.

Hər kim cümə günü bu surəni oxuyarsa, o kəslərin zümrəsindən olar ki, Allah onların hesabını çəkməz. Bilin ki, onda möhkəm ayələr vardır və ona görə də onu qoymayın (boş buraxmayın). Çünki onlar Qiyamət günü öz qarilərinin xeyirinə şəhadət verərlər”.

Həzrət Sadiq (ə) başqa yerdə buyurur: “”Əraf” surəsini qiraət edən – Qiyamət günü o kəslərdəndir ki, amanda olarlar”.

“Əraf” surəsinin bərəkətləri:

1. Düşmənin və vəhşi heyvanın şərindən amanda qalmaq. Hər kim bu surəni gülab və ya zəfəranla yazar və özü ilə gəzdirərsə, bu yazı onunla olana qədər Allahın izni ilə heç bir vəhşi heyvan və düşmən ona yaxınlaşmaz.

2. Şeytanın qorxusundan. Əmirəl-möminin (ə) buyurur: “Hər kim gecəni məskənsiz səhrada keçirər, bu surənin 54-cü ayəsini oxusun, İlahi mələklər onu qoruyar və şeytanları ondan uzaqlaşdırar”.

3. Gecə oyaq qalmaq. Hər kim bu surənin 54-56-cı ayəsini yatan zaman oxuyarsa, əgər Allahdan yuxusunun az olmasını istəyərsə, istədiyi hasil olar. Gecə namazı qılmağa qadir olar”.

Əgər yuxunun sizə hakim olmasını istəmirsinizsə, bu surənin 139-cu ayəsini suya oxuyun və onu üzünüzə səpin.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031