İmam Hüseynin (ə) bu nəvəsi Bəni-Üməyyəyə qarşı qiyam etmişdi
Zeyd ibn Əli 79-cu hicri ilində elm və fəzilət ailəsində doğulmuşdur. O, İmam Səccadın (ə) oğludur.
İmam Hüseynin (ə) şəhadətindən sonra Zeyd ibni Əli ilk Əli (ə) övladlarından idi ki, silahlı qiyam etmişdi. O, Bəni-Üməyyənin zülmünə qarşı qiyam etmişdir. Zeyd, Ali-Muhəmmədin (ə) əldən gedən haqqını bərpa etmək istəyirdi. Bu qiyamdakı hədəfi – müqəddəs hədəf idi. O, alim və doğru danışan bir insan idi. O, daima insanları Allahın seçdiyi İmamlara (ə) tərəf dəvət etmişdir, heç bir zaman özünə tərəf dəvət etməmişdir. Əgər qalib olsaydı, öz sözünə mütləq əməl edəcəkdi. Zeyd, qardaşı İmam Baqirdən (ə) sonra elm və fəzilət baxımından üstün insanlardan idi. Çox igid və səxavətli idi. İmam Hüseynin (ə) intiqamını almaq üçün qiyam edir və insanları əmr-be-məruf, nəhy-əz-munkər edir. Bəzi müsəlmanlar onun imam olduğunu düşünürlər. Amma Zeyd dürüst insan idi, o yaxşı bilirdi ki, atasından sonrakı İmam – qardaşı Baqir (ə) olacaqdır. Və bunu insanlara çatdırırdı. Zeydin qiyamı ağıl əsasında olmuşdur, heç bir nəfsani istəyə söykənməmişdir. O, insanlara hüccəti tamam etmək və onlar üçün bəhanə yolu qoymamaq üçün qiyam etmişdi. O, hakimiyyəti qəsbkarların əlindən alıb, həqiqi sahibinə qaytarmaq istəyirdi. İmam Sadiq (ə) əmisinin bu qiyamına dəstək olmuşdur. Müsəlmanları onun cərgəsinə qoşulmaq üçün təşviq etmişdi. İbni Əsir nəql edir: “Kufə əhlindən bir dəstəsi Zeydin qiyamından əvvəl İmam Sadiqin (ə) yanına gəlirlər. Həzrətdən (ə) bu qiyamla bağlı vəzifələrini öyrənirlər. İmam onlara buyurur: “Ona qoşulun””. O, Ali-Muhəmmədin (ə) şəhidlərindəndir ki, zülmə qarşı qiyam etmişdir. İmam Baqir (ə) qardaşı haqqında buyurur: “Allah qardaşım Zeydə rəhmət etsin. Əgər o, qələbə çalsaydı, xilafəti sahiblərinə geri qaytaracaqdı”. İmam Rza (ə) Zeyd barədə buyurur: “O, haqqa görə qiyam etdi və haqq yolunda öldürüldü. Əgər o, qalib olsaydı, xilafəti sahiblərinə qaytaracaqdı”. /Deyerler.org/ Oxşar xəbərlər
|