Yoldan azdıranlar barədə ifşaedici ayənin ünvanı
Mьəllif: admin1
Tarix: 19-10-2022, 12:01
Yoldan azdıranlar barədə ifşaedici ayənin ünvanı
Qurani-Kərim buyurur: “İnsanlar arasında elələri vardır ki, cahilliyi üzündən (insanları) Allah yolundan azdırmaq və məsxərəyə qoymaq üçün boş və mənasız sözləri (insanı təbii halətdən çıxaran fəsadlı, haram mahnılar, pozğun şerlər və söhbətləri, böhtan və qeybəti, fəsad törədici əfsanələr və s. kimi sözləri) satın alar. Onların rüsvayedici bir əzabı olacaqdır”. (“Loğman” 6).

Bu ayənin nazil olması barəsində nəql edirlər ki, Həzrət Peyğəmbərin (s) Nəzər ibni Haris adlı bir xalası oğlu var idi. Ancaq İslam dini ilə kəskin şəkildə müxalifətlik edirdi. İslam dininin yayılmasının qarşısını almağa çalışırdı.

Onun fitnələrindən biri də bu idi ki, ticarət niyyətilə İrana gedərdi və oradan İran pəhləvanları barəsində əfsanə kitabları gətirərdi ki, orada Rüstəmdən, Əfrasiyabdan nəql olunardı.

Onları satın alıb Məkkəyə gətirər və insanların yanında oxuyub deyərdi: “Muhəmməd (s) məndən fəsahətli danışa bilməz. Mən də keçmişdəkilərin xəbərini verirəm”.

Amma onun bu fitnələri heç bir fayda vermədi, çünki Allah onun niyyətinin üstünü açdı və bu mübarək ayəni müsəlmanlara nazil etdi ki, onun şərindən uzaq dursunlar.

O, etdikləri pisliklərin müqabilində, həm hədəfinə çatmayaraq rüsvay oldu, həm də axirət əzabına səbəb olan əməllərə sahib oldu.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930