Qiyamət günü İslam dinində olmayan insanların aqibəti necə olacaq?
Qiyamət günü İslam dinində olmayan insanlar üç dəstəyə bölünəcəklər:
1. İslam və Əhli-Beyt (ə) məktəbi ilə tanışdırlar, ancaq inad üzündən onu qəbul etmirlər. Bu insanlar, Quranın buyurduğuna görə, cəhənnəm əhlidirlər. 2. İslam dini və Əhli-Beyt (ə) məktəbi ilə tanış deyildirlər, ancaq öz cahil olmaqlarında təqsirkardırlar.Yəni, bu həqiqəti axtarmaq inkanları olduğu halda, səhlənkarlıq edərək onu öyrənməmişdilər. Onlar Qiyamət günü bu təqsirlərinə görə müvafiq cəza alacaqlar. 3. İslam dini ilə tanış deyildirlər. Öz cəhalətlərində də təqsirləri yoxdur. Yəni, belə bir dinin olması qulaqlarına çatmamışdır. Məsələn, bu insanların qulağına Məsih (ə) dini çatdığı üçün, ona əməl edərlər. Onları kafir adlandırmaq olmaz və onlar cəhənnəm əhli deyildirlər. Allah onları əfv edəcək və bağışlayacaqdır. Əməllərini, həqiqət ardınca olanların yaxşı əməlləri ilə ölçəcəkdir. “Kim doğru yola gəlsə ancaq öz xeyrinə doğru yola gəlib və kim yolunu azsa, öz ziyanına azmışdır. Heç bir günahkar başqasının günahını daşıyan deyildir. Biz (dünyada heç bir millətə, onları oyatmaq üçün) bir peyğəmbər göndərməyincə (köklərini kəsəcək) əzab verməmişik”. (“İsra” 15). /Deyerler.org/ Oxşar xəbərlər
|