Rusiya Suriyaya terrorçuluqla mübarizədəki yardımını izah edib
İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, Rusiya Suriyaya yardım etməyə razılıq verdi, çünki terrorçuluğu “yarandığı yerdəcə” məhv etmək lazımdır, oturub terrorçuluğunun “evinizə soxulmasını” gözləmək lazım deyil.
Bunu Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin bildirib. “Terrorçularla razılığa gəlmək olmaz, onları yalnız məhv etmək lazımdır. Yaxşı və ya pis terrorçu yoxdur. Onları yarandığı yerdəcə məhv etmək lazımdır, onların çoxalıb bizim evimizə gəlməsini gözləmək lazım deyil.”, - deyə Fomin qeyd edib. Onun sözlərinə görə, məhz buna görə də Suriya 2015-ci ildə terrorçuluqla mübarizədə yardım istəyən zaman Rusiya “bir an belə olsun şühbə etmədi”. Oxşar xəbərlər
|