İmamlar (ə) hətta təbiət hadisələrini də idarə etməyə qadirdirlər
Mьəllif: admin1
Tarix: 25-10-2018, 18:26
İmamlar (ə) hətta təbiət hadisələrini də idarə etməyə qadirdirlər
İmam Həsən Müctəbanın (ə) səhabələrindən biri nəql edir: “Bir gün dostlarımızla birlikdə Mədinə şəhərinin xaricində İmamla (ə) birlikdə əyləşmişdik. Söhbət etməklə məşğul idik.

Anidən bir dəstə ceyran gördük ki, qrup halında bizim yanımızdan keçirdilər.

İmam Həsən Müctəba (ə) onlara müraciət etdi və onların hamısı İmamın (ə) çağırışına “Ləbbeyk!” deyib dayandılar. Bir müddət sonra İmam (ə) onlara hərəkət etmək üçün izn verdi və onlar yollarına davam etdilər.

Bir dəstə insan dedi: “Ey Allah Rəsulunun (s) oğlu! Bu heyvanlar vəhşidirlər və bu, yer kəraməti idi. Əgər mümkündürsə, bizə səma kəramətini göstərin”.

Bu zaman səmanın bir tərəfi açıldı və yerə bir nur endi ki, aydınlığı bütün Mədinə evlərini əhatə etdi. Ondan sonra həmin nur vasitəsilə zəlzələ və qəribə hərəkətlənmə oldu ki, bütün insanları qorxuya saldı. (Həvzəh)

İmama (ə) dedilər: “Ey Peyğəmbərin (s) oğlu! Kifayətdir. Bu möcüzə bizim üçün bəsdir və iman gətiririk. İndi əmr et ki, vəziyyət əvvəlki halına qayıtsın”.

İmam Həsən (ə) insanlara xitab edib buyurdu: “Biz Əhli-Beyt (ə) – bütün əşyaların əvvəli və bütün hadisələrin sonuyuq. Biz dünya xəlq olmazdan əvvəl, aləmdəki bütün məxluqlardan əvvəl yaradılmışıq. Dünyanın sonuna qədər də cavidan olacağıq. Biz əgər istəsək, təbiət hadisələrinə əmr və nəhy ilə hakim olarıq. Onda dəyişikliklər yaradarıq”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031