Ayətullah Məkarim Şirazi: "Camal Qaşıqçı cinayəti Qərbin və ABŞ-ın insan haqları çağırışlarının yalan olduğunu ortaya çıxardı"
Mьəllif: admin1
Tarix: 25-10-2018, 19:28
Ayətullah Məkarim Şirazi: "Camal Qaşıqçı cinayəti Qərbin və ABŞ-ın insan haqları çağırışlarının yalan olduğunu ortaya çıxardı"
Eastnews.org-un verdiyi xəbərə görə, dünən İranın məşhur mərceyi təqlidlərindən Ayətullah Məkarim Şirazi qətlə yetirilən səudiyyəli jurnalist Camal Qaşıqçının ölümü ilə bağlı açıqlama verib. Ayətullah Məkarim Şirazi bildirib ki, Camal Qaşıqçının Qərb ölkələrinin tərəfdaşı Səudiyyə Ərəbistanı tərəfindən öldürülməsi Qərbin insan haqları haqqındakı aldadıcı siyasətini ortaya çıxardı:

"Səudiyyəli jurnalistin öldürülüməsi beynəlxalq insan haqlarının pozulmasıdır. Ali Səud ailəsi Qərbin, xüsusilə də Tramp administrasiyasının birmənalı dəstəyinə sahibdir. Qərbin və ABŞ-ın insan haqları çağırışlarının yalan olduğu ortaya çıxdı. Əsl məqsədləri Səudiyyə Ərəbistanını qorxudaraq, onların pulun almaq idi". Xatırladaq ki, jurnalist C.Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasında öldürülüb. Krallıq onun qətlə yetirilməsi ilə bağlı açıqlama vermirdi. Ancaq oktyabrın 20-də Səudiyyə Ərəbistanı rəsmi olaraq jurnalistin Baş Konsulluğun binasında öldürüldüyünü etiraf etdi. Kral Salman və vəliəhd şahzadə Məhəmməd bin Salman C.Qaşıqçının ailəsinə başsağlığı verib.




Deyerler.org
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031