İmam Rzanın (ə) davamçısı olmaq
Mьəllif: admin1
Tarix: 5-11-2018, 10:48
İmam Rzanın (ə) davamçısı olmaq
Ustad Qiraəti nəql edir: “İnqilabdan əvvəl təbliğ etmək üçün rayonlardan birinə getmişdim. Ancaq mənim dərslərim xoş qarşılanmadı.

Bir gün ümumi hamama getmişdim və cavanlardan biri kisələmək üçün məndən yardım istədi. Bir an zehnimə gəldi ki, İmam Rza (ə) da hamamda bu işi görmüşdü. Kisə və sabunu götürüb onun belini kisələdim.

Mən hamamdan ondan tez çıxdım və paltarlarımı geyindim. Bu cavan məni ruhani paltarında görən zaman irəli gəldi və üzrxahlıq etdi. Mən dedim: “Eybi yoxdur, mən öz vəzifəmi yerinə yetirdim”. Onun hamam pulunu da verdim.

Hamamdan çıxan zaman bu cavan mənə dedi: “Mənə xəcalət verdiniz, mən də sizin üçün bir iş görmək istəyirəm”.

Mən dedim: “Mənim ehtiyacım yoxdur”. Bu rayona hansı niyyətlə gəldiyimi ona danışdım və siniflərdə insanların az olmasından xəbər verdim.

Sonra ayrıldıq.

O gündən bəri gördüm ki, dərslərə gələnlərin sayı artmağa başladı.

Çoxlu cavanlar gəldi. Başa düşdüm ki, bu, İmam Rzanın (ə) davamçısı olmağımın və həmin cavanın səyinin bərəkətindəndir”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031