İmam Səccadın (ə) Cabir Ənsari ilə Kərbəlada görüşü
Ərbəin günündə Kərbəla əsirlərinin Kərbəlaya qayıtması ilə bağlı “Tarixi həbibi seyir” kitabında oxuyuruq ki, Yezid (lən) bütün Aşura şəhidlərinin kəsilmiş başlarını İmam Səccada (ə) təslim edir.
İmam (ə) da o başları Səfər ayının 20-də öz bədənlərinə qovuşdurur. Sonra isə Mədinəyə qayıdır. Bu xəbərə əsasən demək olar ki, Əhli-Beyt (ə) də İmam Səccadla (ə) birlikdə həmin gündə Kərbəlada olmuşdur. Mötəbər mənbələr xəbər verir ki, İmam Səccad (ə) həmin günü şəhidlərin başlarını bədənlərinə qovuşdurmuşdur. Bu xəbəri verən insanlardan biri də Əbu Reyhan Biruni olmuşdur. Təbəri, “Əmali”də yazır ki, Cabir ziyarət edən zaman Ətiyyə ona deyir ki, Şam yolundan gələnlər vardır. Cabir isə ona deyir ki, get bax gör, kimlərdir? Ətiyyə gəlib deyir ki, Peyğəmbərin (s) hərəmini qarşılamağa hazır ol. Gələnlər İmam Səccad (ə), bacıları və o Həzrətin (ə) bibiləridir. Cabir ayağa qalxır və ayaqyalın onlara tərəf qaçır. İmam Səccada (ə) yaxınlaşan zaman, İmam (ə) ona buyurur: “Sən Cabirsən?”. Deyir: “Bəli”. Buyurur: “Ey Cabir! Allaha and olsun ki, bizim kişilər burada qətl olundular, körpələrimizin başı kəsildi, qadınlarımızı əsir götürdülər və xeymələrimizi yandırdılar”. Hər bir halda belə nəticəyə gəlmək olur ki, Əhli-Beyt (ə) əsirləri 61-ci hicri ilində Şamdan geri qayıdan zaman Kərbəla diyarından keçmiş və İmam Hüseyni (ə) ziyarət edərək, şəhidlərin başlarını dəfn etmişdilər. Və onu deyə bilərik ki, onların Kərbəlaya gəlməsi 61-ci Hicri ilində və əsirlikdən qayıtdıqları zamana təsadüf edir. /Deyerler.org/ Oxşar xəbərlər
|