Nigarançılıqlar və sıxıntıların əsas mənşəyi
Mьəllif: admin1
Tarix: 20-10-2022, 11:33
Nigarançılıqlar və sıxıntıların əsas mənşəyi
Hər kəs mərifəti qədər öz səadət və xoşbəxtliyini müəyyən yerlərdə axtarır.

Əgər narahatçılıqlar və sıxıntıların kökü barədə dəqiq düşünsək, bu qənaətə gələcəyik ki, onların əsası səadət və xoşbəxtliyi əldən vermək, bədbəxtçiliyə düçar olmaqla bağlı nigaran olmaqdadır.

Bu, qəm-qüssəyə düçar olan insanların hamısına aiddir; bu fərqlə ki, maddi istəklərini özünə birincidərəcəli hesab edənlər öz narahatlıqları və sıxıntılarının kökünü maddi xoşbəxtlikləri və dünya ləzzətlərini itirməkdə görürlər.

Allaha iman gətirənlər isə öz nigarançılıqları və sıxıntılarının kökünü axirət səadətini və behişti əldən verməkdə axtarırlar. Nigarançılıq və sıxıntı keçirmək həmişə bəşəriyyətin əsas çətinliklərindən olub və olacaqdır.

Bu çətinliyin təsiri insanın fərdi və cəmiyyətə mənsub olan həyatında aydın şəkildə hiss olunur. Eyni zamamda, fikir rahatlığı daim insanların itirdikləri qiymətli bir şey olub.

Bəşər nəyin bahasına olursa-olsun onu əldə etmək istəyir. Bəzi alimlərin qeydlərinə görə, “vəba” xəstəliyi kimi keçici xəstəliklər yayılan zaman çoxları bu xəstəliyə mübtəla olmaqdan qorxub ölürlər, əsl xəstəlikdən ölənlər bir neçə nəfər olur.

Ümumilikdə, nigarançılıq və xatircəmlik insanların sağlam və ya xəstə, xoşbəxt və ya bədbəxt olmasında yüksək rola malikdir.

Bəşər tarixi insanların səadətə və rahatlığa çatması üçün özünü müxtəlif işlərə məcbur etməsi ilə doludur.

Qurani-Kərim kiçik, amma dərin mənası olan bir cümlə ilə ən arxayın və yaxın yolu göstərir:

أَلَا بِذِكْرِ اللَّهِ تَطْمَئِنُّ الْقُلُوبُ

“Agah olun, qəlblər yalnız Allah zikri ilə aramlıq tapır.” (“Rəd” surəsi, ayə 28.)

İnsanın nigaran və pərişan olmasının müxtəlif amilləri ola bilər. Onların ən əhəmiyyətlisi aşağıdakılardır:

1. Bəzənr insanlar öz gələcəklərini qaranlıq və qarışıq olması fikrinə düşür və bu da sıxıntı və nigarançılığa səbəb olur. Nemətlərin əldən getmə ehtimalı, düşmənə, zəifliyə, xəstəliyə və acizliyə düçar olmaq qorxusu insana əziyyət verir. Amma qüdrətli və mütəal Allaha iman bu nigarançılıqları məhv edir və insana rahatlıq bəxş edir.

2. Bəzən isə insanın keçmişinin pis və xoşagəlməz olması insanı narahat edir və onu daim nigarançılıqda saxlayır. Günahlara, səhlənkarlığa və ayaq büdrəmələrinə görə insan nigarançılıq keçirir. Amma Allahın məğfirətli, rəhmətli və tövbələri qəbul edən olmasını nəzərə aldıqda, insanın qəlbi rahatlaşır.

3. Nigarançılıqların amillərindən biri də insanın təbii fəlakətlərin, bəzən isə daxili və xarici düşmənlərin qarşısında zəif və gücsüz olmasıdır. O düşünür ki, bu qədər qüdrətli düşmənin qarşısında nə etsin. Amma Allahı yad edərkən və onun qalib qüdrətinə və geniş rəhmətinə arxalandıqda qəlbi təskinlik tapır.

4. Bəzən də insana əziyyət verən nigarançılıqların səbəbi onun həyatı puç, mənasız və hədəfsiz təsəvvür etməsidir. Amma Allaha iman gətirənlər kamilliyə çatmağı özləri üçün böyük və ali hədəf hesab edir, həyatda baş verən bütün hadisələri bu yolda görür, nə həyatda puçluq və hədəfsizlik hissləri keçirir, nə də hədəfsiz insanlar kimi avara və iztirab içində olur.

5. Nigarançılığın amillərindən biri də budur ki, bəzən insan hər hansı bir xidməti yerinə yetirmək üçün çoxlu zəhmət çəkir, amma heç bir kəsin bu zəhmətlərə görə ona təşəkkür etmədiyini görəndə, hətta bəzən etinasızlıq və kobudluqlarla rastlaşanda, həddən artıq narahat olur və sıxıntıya və nigarançılığa düçar olur. Amma onun bütün zəhmətlərindən agah olan, bu zəhmətləri qiymətləndirən və onlara görə insanı mükafatlandıran Allaha inam bütün bu narahatlıqlara son qoyur.

6. Dünyapərəstlik və maddi həyatın cazibələrinə ürək bağlamaq nigarançılığın ən böyük amillərindəndir.

Amma mömin insan Allaha iman gətirərək ilahi təlimlərdən təsirlənir və müvəqqəti dünyanın cazibələrinə aldanmır, zahidlik yolunu seçərək bütün bu nigarançılıqlara son qoyur. Allaha iman və Onu daim yad etmək imam Əlinin (ə) şəxsiyyətini bir həddə çatdırdı ki, o həzrət buyurur:

وَإِنَّ دُنْيَاكُمْ عِنْدِي لَأَهْوَنُ مِنْ وَرَقَةٍ فِي فَمِ جَرَادَةٍ تَقْضَمُهَا

“Doğurdan da sizin bu aludə dünyanız mənim nəzərimdə çəyirtikənin ağzında çeynənmiş yarpaqdan da alçaqdır.” (“Nəhcül-bəlağə”, xütbə 224.)

7. İnsan nigarançılığına səbəb olan əsas amillərdən biri də ölümdən qorxmaqdır. Bu məsələ həmişə insanın ruhu və fikrini özünə cəlb etmişdir. Materialistlərin baxışı ilə baxsaq, bu məsələ üçün nigaran olmağa dəyər. Amma hər vaxt Allaha imanın sayəsində ölümü böyük, geniş və əbədi həyata bir qapı kimi nəzərə alsaq, bu nigarançılıqlar mənasız olacaq.

Görünür ki, nigarançılığa səbəb olan sadaladığımız bütün bu amillər Allah yadı ilə aradan gedir. (“Onun zikri”, Ayətullah Misbah Yəzdi, səh.71-74.)

Hazırladı: Maide.Az
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031