Cənnətül-Bəqi qəbiristanlığının məzlumluğu davam edir
Həzrət Mühəmməd Peyğəmbərin (s) məzarı yerləşən Nəbi Məscidinin yaxınlığında Əhli-Beytin (ə) dörd imamının (ə) dəfn edildiyi Cənnətül-Bəqi qəbiristanlığı bu gün də məzlumluğunu davam etdirir.
Deyerler.org xəbər verir ki, Peyğəmbərin (s) nəvəsi Əhli-Beytin (ə) 2-ci imamı Həsən Müctəbanın (ə), 4-cü imam Zeynul Abidinin (ə), 5-ci imam Mühəmməd Baqirin (ə) və 6-cı imam Cəfər Sadiqin (ə) mübarək qəbrləri bu qəbiristanlıqda yerləşir. Təqribən 100 il əvvəl dörd imamın (ə) məzarı üzərində tikilmiş türbə öz əzəməti ilə seçilirdi. Lakin 1926-cı ildə Mədinə şəhərini ələ keçirən Ali Səud sülaləsinin üzvləri bu şəhərdəki bütün müqəddəs ziyarətgahları yerlə-yeksan etdilər. Həmin ilin aprelində (hicri 1344-cü il şəvval ayının 8-i) Bəqi ərazisindəki müqəddəs türbələr dağıdıldı. Bu gün Bəqinin əvvəlki mənzərəsindən əsər-əlamət də qalmayıb. Məzarlıq xırda baş daşları ilə örtülmüş səhranı xatırladır. Bəqinin ətrafına hasar çəkilib. Yalnız günün bəzi saatlarında məzarlığın ərazisinə daxil olub ziyarət etməyə icazə verilir. Qalan vaxtlarda isə, müsəlmanlar müqəddəs məzarları uzaqdan seyr etməli olurlar. Oxşar xəbərlər
|