Yaşayış və abadlıq məkanı, səmanın qarşılığı – Yer sözünün Quranda mənaları
Yer – “ərz” sözü Quranda 461 dəfə istifadə olunmuşdur. Müxtəlif mənalara malikdir.
1. Yer, o məkandır ki, onun üzərində insan yaşayır. 2. Quranda olan müxtəlif mənaları: a) Səmanın qarşılıqlı sözüdür. “Şübhəsiz, Allah göyləri və yeri (varlıq aləminin nizamından) çıxmaması və zavala uğramaması üçün (qoruyub) saxlayır və əgər (onlar) zavala uğrasa və (yolundan) azsa, əsla Ondan (Allahdan) başqa onları heç kəs (qoruyub) saxlaya bilməz. Əlbəttə ki, O, həmişə həlim və bağışlayandır”. (“Fatir” 41). Quranda 80 dəfə istifadə olunmuşdur. b) Yer, abadlıq mənasındadır. “Həqiqətən Allahla və Onun Peyğəmbəri ilə vuruşan və yer üzündə fitnə-fəsad törətmək istiqamətində çalışan (insanları qorxutmaq, asayişi pozmaq və onların haqlarına təcavüz etmək məqsədi ilə soyuq və ya isti silahla zahir olan) kəslərin cəzası yalnız öldürülmək və ya dar ağacından asılmaq, yaxud əlləri və ayaqlarının (bir əlin dörd barmağı ilə bir ayağın dörd barmağının) çarpazvari kəsilməsi və ya həmin yerdən sürgün olunmaqdır. Bu, onlar üçün dünyada həqirlik və xarlıqdır və onlar üçün axirətdə böyük bir əzab vardır”. (“Maidə” 33). Quranda bu mənada 110 dəfə işlənmişdir. c) Yer, təbiət aləmi mənasındadır. “Yer üzündə (hətta bir ağac məsafə miqdarında olsa belə) səfərə çıxdığınız zaman kafirlərin sizə zərər və ziyan vurub incidəcəklərindən qorxduğunuz təqdirdə (öz dörd rükətli) namaz(lar)ınızdan (iki rükəti) azaltmağınızda sizə günah yoxdur. Şübhəsiz, kafirlər həmişə sizə açıq-aşkar düşməndirlər”. (“Nisa” 101). Bu mənada Quranda 260 dəfə işlənmişdir. /Deyerler.org/ Oxşar xəbərlər
|